Yuxarı

20 Yanvar faciəsi Peru mətbuatında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun böyük oxucu kütləsinə malik “La Razon” və “Prensa21” xəbər portallarında “20 Yanvar faciəsi - müstəqilliyin yüksək qiyməti” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Axar.az-a bildiriblər ki, yazılarda tarixdə mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan olan 20 Yanvar faciəsi zamanı keçmiş sovet respublikaları arasında ilk dəfə müstəqillik hərəkatı başlatmış Azərbaycanda bu hərəkatı yatırtmaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına münasibətdə sovet rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz edən Azərbaycan xalqının iradəsini sındırmaq üçün M.Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun paytaxt Bakıya yeridildiyi bildirilir. Qəddar sovet maşınının bu müdaxiləsi zamanı qadın və uşaqlar da daxil olmaqla 147 dinc etirazçının amansızcasına qətlə yetirildiyi, 700-dən çox insanın yaralandığı qeyd olunur.

Eyni zamanda, digər respublikalara da xəbərdarlıq məqsədi daşıyan bu əməliyyatın faciəvi nəticələrinə baxmayaraq, 20 yanvar gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyi, bu qanlı müdaxilənin xalqımızın iradəsini sarsıda bilmədiyi, Azərbaycanın 1991-ci ildə nəhayət öz müstəqilliyini elan etdiyi və Ermənistanın növbəti 30 ilə yaxın dövr ərzindəki hərbi təcavüzünə, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə və 1 milyona yaxın soydaşımızı məcburi köçkünə çevirməsinə baxmayaraq, ölkəmizin regionun hərtərəfli liderinə çevrildiyi qeyd edilir.

Sonda 20 Yanvar faciəsi qurbanlarının builki anım mərasiminin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonrakı ilk mərasim olduğu, ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş və adını ölkə tarixinə öz qanı ilə həkk etmiş soydaşlarımızın övladlarının 31 il sonra sələflərinin qəhrəmanlığını təkrar edərək Vətəninin ərazi bütövlüyünün bərpası uğrunda həyatını qurban verdiyi, bu səbəbdən də Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı deyilir.

Tarix
2021.01.20 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla