Yuxarı

Azərbaycana qarşı bu cür düşünürdük... - Hekekyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana qarşı bu cür düşünürdük... - Hekekyan

1994-cü ildən bəri Ermənistan cəmiyyəti Azərbaycan qarşısında məğlubedilməz olduğunu düşünürdü, amma bu düşüncə çürük çıxdı.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni drijor Tiqran Hekekyan deyib.

“Bu illər ərzində cəmiyyətimiz məlumat istehlakçısına çevrildi. İnsanlar hər tərəfdən verilən məlumatlara asanlıqla inanır, bunları təkcə həzm etmir, həm də yayırdılar. Əlbəttə, reallığı bilənlər də vardı”, - Hekekyan qeyd edib.

Erməni sənətçi “məğlubedilməzlik düşüncəsi”nin ölkəsinə baha başa gəldiyini bildirib:

“1994-cü ildən bəri biz qalib bir ölkə idik və düşünürdük ki, həmişə bu şəkildə qalacaq. Bəs bu illər ərzində nə edildi, inandıq ki, nəinki statusu qoruyub saxlayacağıq, həm də irəli gedəcəyik. Amma getdikcə daha çox çürüyürdük.

İndi deyənlər var ki, keçmişi unudaq, irəliləməyin vaxtıdır. Bəs irəliləmək üçün nə edilir? Heç nə. Bu gün hökumət absurd işlərlə məşğuldur”.

Tarix
2021.01.21 / 01:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla