Yuxarı

İlham Əliyev Kəmaləddin Heydərovla açılış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında iştirak edib.

"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev akademiyanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Dövlətimizin başçısının 2009-cu il 10 iyul tarixli Fərmanı ilə Akademiyanın Nizamnaməsi təsdiq edilib.

Məlumat verilib ki, Akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, kadrların yenidən hazırlığı və ixtisasartırma, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır.

Dövlətimizin başçısı akademiyanın kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2013.12.27 / 18:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla