Yuxarı

Mərkəz ilk olaraq bu problemi həll etməlidir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dqr” adlı bir qurum yoxdur. Sadəcə, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgə var. 10 noyabr bəyannaməsində hər şey açıqca göstərilib. Sülhməramlılar səlahiyyətlərini aşan əməllərdən çəkinməlidir. Azərbaycanlıların Ağdərə-Kəlbəcər yolundan istifadə etməsinə heç kəs mane ola bilməz.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ötən gün sosial şəbəkələrdə Ağdərədən keçərək Kəlbəcərə getmək istəyən Azərbaycan yük maşınlarına icazə verilmədiyini əks etdirən görüntülər haqda danşarkən deyib.

Politoloq qeyd edib ki, bir müddət öncə Kəlbəcər-Vardenis yolundan istifadə etmək üçün rus sülhməramlılarından xahiş edən ermənilər bu əməldən sonra rəsmi Bakının buna icazə verəcəyini düşünə bilməz:

“Əvvəla, onu qeyd etmək lazımdır ki, müharibə bitib və qalib Azərbaycandır. Bu 10 noyabr tarixli bəyanatla da təsdiqlənib. Regionda sabitləşməyə, sülhə çalışılır. Belə bir vaxtda ermənilərin hər vəchlə sabitliyi pozması, təxribat törətməsi və bu işə sülhməramlıları da alət etməsi qəbul edilən hal deyil. Rəsmi Moskva ermənilərə həddini bildirməlidir. Əks təqdirdə bunu rəsmi Bakı edəcək. Qarabağda qalmaq istəyən sivil ermənilərə heç kəs heç nə demir. Lakin qalmaq istəməyənlər də zorla burada saxlanılmır. Qarabağda yaşamaq istəyən ermənilər də anlamalıdır ki, üzərində yaşadıqları torpaq Azərbaycandır, dolayı yolla onlar da Azərbaycan vətəndaşıdır. Bunu özünə sığışdırmayan istənilən erməni torpaqlarımızdan çıxıb gedə bilər.

O ki qaldı Azərbaycan yük maşınlarının qarşısının kəsilməsinə, məsələ araşdırılmalı və dərhal bununla bağlı izahat tələb edilməlidir. Azərbaycan torpaqlarında Azərbaycana məxsus yük maşınlarının qarşısı kəsilə bilməz.

Qarabağ erməniləri anlamalıdır ki, bu və bu kimi əməllərin bir faydası yoxdur. Nəticə nə dəyişəcək, nə də kimsə onlara müstəqillik verəcək”.

Politoloqun sözlərinə görə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilk olaraq bu məsələni həll etməlidir:

“Bu mənada mərkəzin fəaliyyətə başlaması mühüm hadisədir. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması regionda yaranmış yeni geosiyasi reallığın nəticəsidir. Bu reallığı Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaratdı. Bu tərəfdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir.

Mərkəz bir sıra məsələləri həll etməli və ya ən azından nizamlamalıdır. Düşünürəm, birgə monitorinq mərkəzi tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsinin, mümkün insidentlərin qarşısının alınmasının, araşdırılmasının təmin edilməsi üçün effektiv nəzarət mexanizmi olacaq”.

Tarix
2021.01.31 / 08:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla