Yuxarı

Xocalı aeroportu niyə də açılmasın?.. - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı aeroportunun yenidən açılması mümkündür, lakin o şərtlə ki, nəzarət Azəbaycanda olsun. Çünki Xocalı Azərbaycan ərazisidir və istər sülhməramlılar olsun, istərsə də başqası, rəsmi Bakının razılığı olmadan oradan heç bir uçuş gerçəkləşdirilə bilməz.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlılarının Xocalı aeroportunu açmaq istəməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Xocalı aeroportunun açılması düşünülənin əksinə elə də problemli bir şey deyil:

“Problem yarada biləcək tək məsələ aeroporta nəzarətin kim tərəfindən ediləcəyidir. Yəni bu gün istənilən yol, aeroport, dəmir yolu və s. nəqliyat vasitələri istismara verilə bilər. Bir halda ki, bunlara rəsmi Bakı nəzarət edəcək, niyə narahat olaq? İndiki halda Rusiya sülhməramlıları Xocalı aeroportunun yenidən açılmasını istəyirlərsə, burada pis bir şey yoxdur. Bu tələbi edən tərəf yəqin anlayır ki, nəzarət və idarə də rəsmi Bakının tabeliyində olmalıdır.

Bu gün regionda yeni modern Füzuli aeroportu tikilir. Bununla paralel Xocalı aeroportunun da istifadəyə verilməsi ölkəmizə fayda verə bilər. Onsuz da gec-tez ölkədə kiçik təyyarə istehsalı və istifadəsi olmalıdır.

Bir daha qeyd edirəm Xocalı aeroportunun nəzarəti Azərbaycanda olduğu müddətdə onun yenidən istifadəyə verilməsi problemli bir şey deyil”.

Tarix
2021.02.13 / 13:40
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla