Yuxarı

Almaniya: Azərbaycan Ordusunun qarşısında biz də acizik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya: Azərbaycan Ordusunun qarşısında biz də acizik

Hava hücumundan müdafiə sistemləri olmasa, Almaniya ordusu Ermənistan kimi, Azərbaycanın üstünlüyü qarşısında çarəsiz qalar.

Axar.az xəbər verir ki, bu məlumat Almaniya Təhlükəsizlik Siyasəti Federal Akademiyasının hesabatında yer alıb. Hesabatda orduda əsas çatışmazlıqlardan birinin PUA-lar olduğu vurğulanıb:

“Əgər Bundesver (Almaniya ordusu) yaxşı təchiz edilmiş şərti rəqibə müqavimət göstərmək üçün operativ güc olaraq qalmaq istəyirsə, o zaman PUA-lar alınmalıdır. PUA-lar hərbi baxımdan əvəzedilməzdir”.

Akademiya mütəxəssisləri hesabata Qarabağda Azərbaycan tərəfindən PUA-larla məhv edilən döyüş texnikalarının siyahısını da daxil ediblər. Hesabatda Azərbaycanın kəşfiyyat, döyüş PUA-ları ilə bərabər, kənardan idarə olunan kamikadze silahlarından da istifadə etdiyi vurğulanıb.

Alman analitiklərin fikrincə, Azərbaycan Ordusunun uğurlu hava kampaniyasının əsas səbəblərindən biri döyüş meydanında, özəlliklə də elektromaqnit spektrdə üstün taktiki kəşfiyyat olub:

“Məsələn, kəşfiyyat PUA-ları düşmən əsgərlərinin mobil telefonla şifrələnməmiş danışıqlarını tuta bilir, onların yerləşdiyi yeri müəyyənləşdirib, dərhal artilleriya, döyüş PUA-larının köməyi ilə hücum edirdilər. Ermənistanın istifadə etdiyi ənənəvi zenit komplekslər bu taktika qarşısında praktik olaraq çarəsiz idi”.

Mütəxəssislər bu müharibədən dərs çıxararaq, 2012-ci ildə ləğv edilmiş hava hücumundan müdafiəni bərpa etməyə çağırıblar.

Hesabatda, həmçinin Azərbaycanın aldığı PUA-ların bir qisminin Türkiyəyə məxsus olduğu və Ankaranın bu sahədə son zamanlar necə böyük uğurlar qazandığı da yer alıb:

“Ankara uzun illər Amerika və İsrail PUA-larını almağa cəhd etdi, amma müqavimətlə qarşılaşdı. Bundan sonra öz PUA-larını hazırlamağa başladı. 10 il ərzində Türkiyə bu istiqamətdə böyük uğurlara nail oldu, dünya isə yeni PUA – “Bayraqdar TB2”-ni gördü. 2009-2018-ci illər ərzində Türkiyə bu PUA-ları hazırlayarkən, Almaniya hökuməti Türkiyəyə PUA istehsalı üçün 12,8 milyon avroluq məhsulun ixracına izn verib”.

Tarix
2021.02.16 / 13:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla