Yuxarı

“42 milyon manat torpağa qərq oldu…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“42 milyon manat torpağa qərq oldu…”

"Yaşıllıqları məhv edib, özbaşınalıq edənlərə sərt münasibət göstərilməsini ənənəyə çevirmək lazımdır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

O, sözügedən villaları tikənləri sərt tənqid edib:

"42 villanı bir nəfəsə sökdülər. Hər villanın qiyməti təmir də daxil 1 milyondan götürülsə, ən azı 42 milyon manatı torpağa qərq edərək ağac əkdilər. Əslində, harada yaşıllıqları məhv edərək belə özbaşınalıq edirlərsə, buna sərt münasibət göstərilməsini ənənəyə çevirmək lazımdır. Onlarla belə ərazi var ki, yaşıllıqları hasara alıb villalar, obyektlər, restoranlar, şadlıq evləri tikiblər. Artıq Prezident İlham Əliyev siyasi iradə ortaya qoyub. Ona görə də Bakının hər yerində bu xeyirxah işi davam etdirmək pis olmazdı".

Deputat Dostluq parkında inşa edilmiş villarla bağlı üç maraqlı məqama toxunub:

"Birincisi, baş verənlərə əsasən, bir qrup geniş imkanlı adamın ağlına şübhə etməyə başlayırsan. Bu qədər vəsaiti müvafiq sənəd almadan villanın tikintisinə niyə yatırıblar? İkincisi, "mənim evimdir" deyə bilmədiyin halda hansı ağılla bu vəsaiti belə tikintiyə xərcləyirsən? Üçüncüsü, parkları, yaşıllıq zolaqlarını, dəniz sahillərini, məktəb həyətlərini zəbt edərək özlərinə ocaq tikməyi düşünənlərə dərs olsun ki, bu başqasının haqqına girməkdir, belə ocaqda ancaq kül qalacaq".

Tarix
2015.06.01 / 11:13
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla