Yuxarı

Prokuror polislərlə bağlı tədbir görülməsini istədi - Binə hadisəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsində yanvarın 19-da "Binə" Ticarət Mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi davam etdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməyini, birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ibtidai istintaq zamanı verdikləri ifadələrindən imtina etmiş polis əməkdaşlarının barələrində tədbir görülməsini, xüsusi qərarda çıxarılmasını xahiş edib. Vəkillər isə müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Bunun üçün proses yanvarın 13-dək təxirə salınıb.

Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə yaydığı məlumatda bildirilir ki, yanvarın 19-da "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər.

Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiya iştirakçısı olan 10 nəfər - Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən 2 nəfər 4 il, 3 nəfər 1 il 6 ay, digərləri isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər. (APA)

Tarix
2013.12.28 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla