Yuxarı

Ankara-İğdır-Naxçıvan-Bakı dəmir yolu… - Keçmiş səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri böyük bir coğrafiyaya inkişaf və tərəqqi vəd edir, fundamental yüksəlişə zəmanətdir. Müəyyən edilmiş strategiyada qeyri-neft sektorunun inkişafına xüsusi diqqət görürük. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri, nümayiş etdirdikləri siyasi iradə sayəsində ən qısa zamanda bütün bölgə üçün faydalı və vacib olan daha yeni və fundamental nəticələr qazanılacaq.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Baş nazir Əli Əsədovun və vitse-prezident Fuat Oktayın iştirakı ilə fevralın 19-da Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasının qərarlarının şərh edərkən ifadə edib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun şanlı Qələbəsinin bütün Qafqaza, eləcə də Anadolu bölgəsinə sülh, əmin-amanlıq və inkişaf vəd etdiyini diqqətə çatdıran səfir deyib:

“Müasir dünyanın hərb savaşının əsaslarını yaradan qalib Azərbaycan dövləti ilə çiyin-çiyinə olmaq Türkiyə üçün həm qürurvericidir, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasının qərarlarına diqqət etdikdə görürük ki, hər iki ölkə fundamental inkişaf konsepsiyasına vahid standartdan yanaşır. Peşə təhsili ilə nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma memorandumları ən qısa zamanda böyük nəticələr verəcəkdir. Türkiyənin milli inkişaf strategiyasında bütün məsələlərdə, o cümlədən Milli Kosmos Proqramında Azərbaycanın yeri və rolu görünməkdədir. Birgə istehsal, vahid milli standartların formalaşması, coğrafi məkanlardan səmərəli istifadə milli maraqlarımızın tərkib hissəsidir.”

“Qarşıda daha hansı perspektivlər var” sualını cavablandıran səfir deyib ki, Qarabağın bərpası və yenidən qurulması, ilk növbədə, mənəvi borcdur:

“Hamımız üçün sevindiricidir ki, Azərbaycanın istəyi ilə Türkiyə bu prosesdə var və ən qısa zamanda bütün digər imkanlarını da səfərbər edəcək. Hesab edirəm ki Azərbaycan ərazisində xüsusilə mebel, geyim və qida istehsal müəssisələri yaradıb keçmiş sovetlər birliyi coğrafiyasını əhatə edən bazarlara nüfuz etmək çox faydalı nəticələr verər. Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasında imzalanan “Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” bu sahədə böyük perspektivlər yaradır. Qısa zaman kəsiyində istifadəsi nəzərdə tutulan Ankara-İğdır-Naxçıvan-Bakı dəmir yolu xətti bütün bölgənin inkişafı üçün xüsusi canlanma yaradacaq, bu yol həm də sülh və inkişaf istəyən bütün tərəflərin maraqlarına uyğundur”.

Tarix
2021.02.22 / 12:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla