Yuxarı

Gürcüstan da xaosa girdi: Meliya niyə həbs edildi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan da xaosa girdi: Meliya niyə həbs edildi?

Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi səhv addımdır. Onun həbsi etirazları gücləndirəcək.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gürcüstan Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın xüsusi əməliyyat nəticəsində saxlanılmasını şərh edərkən deyib.

O bildirib ki, Gürcüstan Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi gözlənilən idi:

“Çünki Gürcüstanda keçirilən parlament seçkilərindən sonra müxalifət yeni parlamentin tərkibində yer almadı. Bu hal Gürcüstanda gərginliyin artacağının mesajını vermişdi. Ölkədə müxalifətin aksiyaları başladı, bu mitinqlər zamanı hakimiyyətin ünvanına ağır ittihamlar irəli sürüldü. Bu mənada mitinqlərdən sonra əsas müxalif partiyanın rəhbəri Meliyanın həbs edilməsi təəccüblü deyil”.

Politoloqun sözlərinə görə, eks-prezident Mixail Saakaşvili də Gürcüstanda baş verən mövcud siyasi prosesləri yaxından izləyir:

“Hiss olunur ki, Gürcüstanda bir siyasi xaos yaşanır. Digər tərəfdən, Gürcüstanda Baş nazir və digər şəxslərin istefası mövcud xaosun gərginləşməsinə gətirib çıxarıb. Qaxariya Meliyanın həbsinin əleyhinə idi.

Əslində Qaxariyanın bu cür mövqe sərgiləməsi hakimiyyət içərisində yekdil bir fikri olmadığını göstərir. Belə vəziyyətdə ya xaos bir müddətdə davam edəcək, ya da hökumət çıxış yolu kimi erkən parlament seçkilərinə gedəcək. Yeni Baş nazir növbəti parlament seçkilərinin keçirilməyəcəyini bildirib. Ümumiyyətlə, belə bir seçkilər olsa belə, xaos bir müddət davam edəcək”.

Tarix
2021.02.23 / 14:50
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla