Axar.az
Yuxarı

Axar.Az Logo

Quliyev saxlanılan erməni terrorçularından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının (ATƏT PA) fevralın 24-də keçirilən Daimi Komitə iclası zamanı erməni parlamentarilərinin əsir və girovlarla bağlı təxribat cəhdinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ötən ilin noyabr ayında Azərbaycan ərazilərində saxlanılan 62 erməni terrorçusunu hərbi əsir kimi təqdim etməyə cəhd edən Ermənistan nümayəndə heyəti üzvlərinin iddialarına cavab verib:

“İlk olaraq erməni həmkarlarıma bir sual ünvanlamaq istərdim: siz əbədi sülhün, yoxsa əbədi müharibənin tərəfindəsiniz? Biz, öz növbəmizdə sülhün tərəfdarlarıyıq.

Qeyd edim ki, ümumilikdə, Azərbaycan bugünədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.

Eyni zamanda, Ermənistan və onun təsiri altındakı bəzi korrupsiya içində batmış dairələr, anti-terror əməliyyatları zamanı saxlanılan 62 erməni vətəndaşını hərbi əsir kimi göstərməyə çalışaraq onların da 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən qaytarılmasına nail olmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Əslində nə baş verdi?

Həmkarlarıma və bütün Assambleyaya bildirmək istəyirəm ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin adıçəkilən 62 üzvdən ibarət təxribat qrupu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində bu yaxınlarda aparılan anti-terror əməliyyatları nəticəsində saxlanılıb.

İlkin dindirmə əsasında məlum olub ki, qrup üzvlərinin hamısı Ermənistan vətəndaşlarıdır (əsasən Şirak vilayətindən). Bu qrup üçtərəfli bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci ildə Azərbaycan ordusu və dinc əhaliyə qarşı terror fəaliyyətini təşkil etmək məqsdilə Azərbaycanın azad edilmiş ərazilərində qanunsuz olaraq yerləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə təxribat qrupu tərəfindən həyata keçirilən bir sıra terror hücumları nəticəsində 4 azərbaycanlı hərbçi şəhid olmuş və 1 mülki şəxs ağır yaralanmışdır. Hazırda təxribat qrupunun bütün üzvləri Azərbaycan ərazisində cinayət əməlləri törətdiklərinə görə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən istintaq prosedurlarına cəlb olunublar.

Buna görə də bu şəxslər buraxılmaq hüququna malik deyillər.

Üçtərəfli bəyanat imzalandıqdan sonra təxribat qrupunun Azərbaycan ərazisində yerləşdirilməsi, Ermənistanın bütün hərbi fəaliyyətlərini dayandırmaq və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılması barədə Bəyanatda yer alan öhdəliklərini kobud şəkildə pozur. Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və güc tətbiq etməkdən çəkinməyə dair öhdəliklərinin açıq şəkildə pozulmasıdır”.

Tarix
2021.02.24 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paris Bakı ilə münasibətləri düzəltmək istəyir - "La Monde"

Ermənilərin Qarabağda tapdığı meyitlərin sayı 1543-ə çatdı

İrland tarixçi: Arxivlər Zəngəzuru bu ölkəyə aid edir - Foto

Ermənilərin "genosid" oyunu: Azərbaycan hədəfdə

Sərkisyanın qalmaqallı səfəri: Tiflisə xəbərdarlıq edilməlidir

Rus sülhməramlıları Xocalıda məntəqə qurdu

Türk düşmənçiliyi: Armen yazdı, Zurabişvili niyə paylaşdı? - Foto

Üç ölkə birləşir: Xankəndidə antiterror əməliyyatına ehtiyac var

İtaliya mediasından Əliyevin sözlərinə böyük diqqət

Sahibə Qafarova MDB PA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla