Yuxarı

Ordu hərəkətə keçdi: Paşinyan devrilə bilər? – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki halda Paşinyanın “İsgəndər”lərlə bağlı belə bir açıqlama verməsi ciddi səhv idi. Lakin bu da bir reallıqdır ki, onun alternativ bir seçimi yox idi. Ermənistan ordusunun Baş Qərargahının onun istefasını tələb etməsi Moskvanın açıqca bir xəbərdalığı olaraq qiymətləndirmək olar.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan ordusunun Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan Baş Qərargahının bəyanatı tamamilə siyasidir:

“Çünki biz Paşinyanın “İsgəndər”lərlə bağlı açıqlamasının ardınca Ermənistandakı ruspərəst qüvvələrin aktivləşdiyini müşahidə edirik. Paşinyanın birdən-birə “İsgəndər”lərlə bağlı belə bir açıqlama verməsi heç də təsadüfi deyil. Belə ki, hazırda Ermənistanda əksər hərbçilər 44 günlük müharibədə ölkənin məğlub olmasında Paşinyanı günahkar bilir. Paşinyan da məcbur olub, belə bir açıqlama verərək, ictimaiyyətin nəzərində özünü təmizə çıxarmaq istəyir. Xüsusilə də ordunun onu məğlubiyyətin əsas səbəbi kimi göstərməsi ilə Paşinyan razılaşmır. Paşinyanın “İsgəndər”lərlə bağlı açıqlamasının bir məqsədi də bu raketlərin formal olaraq Ermənistana verildiyi, realda isə istifadə üçün icazənin Kremldən asılı olduğunu göstərməkdir.

Real yanaşsaq, belə bir açıqlamanı heç vaxt nə Paşinyan, nə də eks-prezident Serj Sərkisyan etmək istəyirdi. Çünki belə bir açıqlama hər ikisinin də acizliyini və ölkənin Kremldən nə dərəcədə asılı olduğunu isbat edir.

Əslində bu, həm də yaxın zamanlarda Paşinyanın fonunda Ermənistan-Rusiya münasibətlərinin daha da gərginləşəcəyini göstərir. Çünki Paşinyan indiki halda Qərbə meyil edəcək. Bu isə Kremlin arzulamadığı və qəbul etmək istəməyəcəyi bir şeydir”.

Politoloq Nikol Paşinyana qarşı ordunun hərbi çevriliş cəhdini belə dəyərləndirib:

“Hərbi qiyam üçün lazımi siyasi vəziyyət var. Ermənistan ordusunun Baş Qərargahının Nikol Paşinyanın istefasını tələb etməsi əslində Kremlin Paşinyana açıq xəbərdarlığıdır. Onu da deyim ki, bu, ilk belə hal deyil. Lakin burada digər məsələ Qərbin yanaşması olacaq. Mən düşünürəm ki, mövcud siyasi proseslərin fonunda Qərb Paşinyana dəstək verəcək və biz Ermənistanda Rusiya ilə Qərbin toqquşmasının şahidi olacağıq.

İndiki halda Paşinyanın imkanları çoxdur. Daha dəqiq desək, onun əlini-qolunu bağlayan bir Qarabağ problemi yoxdur. Paşinyan indi daha sərbəst müstəqil xarici siyasət yeritmək marağındadır. Ermənistanda baş verənlər əslində Kremlin bu proseslərdən nə dərəcədə narahat olduğunun sübutudur”.

Tarix
2021.02.25 / 14:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla