Yuxarı

Darxan Kıdırəlidən Xocalı bəyanatı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

"Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən soyqırımından 29 il keçir. Ermənistan silahlı qüvvələri bir gecədə Xocalıda insanlıq tarixinin ən qanlı faciələrindən birini törədib, yaşlı, qadın, uşaq və körpə demədən yüzlərlə günahsız insanı, dinc sakinləri qətlə yetiriblər.

Faciənin 29-cu ildönümündə qardaş Azərbaycan xalqının üzüntüsünü və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını qətiyyətlə pisləyir və "Xocalıya ədalət!” tələb edirik.

Azərbaycan Respublikası işğal altındakı əraziləri azad etməklə ədaləti bərpa etdi və tarixi zəfər qazandı. Bu qələbə Xocalının sağ qalan, ağrı-acını qəlbində daşıyan şahidləri başda olmaqla bütün insanlığın ümid işığına çevrildi, Türk Dünyasının qürur və iftixar mənbəyi oldu.

Beynəlxalq Türk Akademiyası olaraq, Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə anır, Azərbaycan xalqına və dövlətinə başsağlığı verir, qardaş Azərbaycanla həmrəy olduğumuzu bildiririk".

Tarix
2021.02.26 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla