Yuxarı

Ermənilər Rusiya MN-in yalanını çıxartdı – Videofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Rusiya MN-in yalanını çıxartdı – Videofakt

Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkovun ötən gün Ermənistan Qarabağdakı müharibə zamanı “İsgəndər” raket sistemlərindən istifadə etmədiyini deməsinə erməni sosial şəbəkə istifadəçiləri yaydıqları video ilə cavab verib.

Axar.az xəbər verir ki, noyabrın 9-da çəkildiyi iddia edilən videokadrlarda “İsgəndər” sistemindən raket atıldığı və ermənilərin bunu böyük sevinclə alqışladığı açıq-aydın görünür.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan müharibə vaxtı “İsgəndər” raketlərinin 90 faizinin partlamadığını bildirmişdi. Bu açıqlama Ermənistanda böyük siyasi gərginliyə, hətta Baş Qərargahın Paşinyanın istefasını tələb edən bəyanat yaymasına səbəb oldu.

Rusiyadan da “İsgəndər” haqda işlədilən bu ifadə kəskin etirazla qarşılanmışdı. Çünki “İsgəndər” Rusiyanın öyündüyü raket sistemlərindən biridir və Paşinyanın bu açıqlaması Moskvanın silah satışına ciddi zərbə ola bilərdi.

MN nümayəndəsi isə Ermənistanın müharibə zamanı ümumiyyətlə “İsgəndər”dən istifadə etmədiyini açıqladı.

Tarix
2021.02.26 / 13:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla