Yuxarı

Ermənilər şəhəri amansızlıqla yerlə yeksan etdi - Marino

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Xəbər Agentliyinin İtaliya üzrə təmsilçisi “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino Xocalı soyqırımı haqqında fikirlərini özünün Yutub kanalında paylaşıb.

Axar.az xəbər verir ki, jurnalist hazırladığı videomaterialda Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzün nəticəsi kimi qədim Azərbaycan şəhəri olan Xocalıda törətdiyi soyqırımından bəhs edib.

İtalyan jurnalist K.Marino bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərini ələ keçirdi. Şəhərdə qalan insanlar rayonun mərkəzi və azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazi olan Ağdama getmək ümidi ilə evlərini tərk etmək məcburiyyətində qaldılar. Erməni silahlı qüvvələri Sovet alayının hərbi dəstəyi ilə dinc əhaliyə qarşı qırğınlar törətməklə şəhəri xüsusi vəhşilik və amansızlıqla yerlə yeksan etdi. Qadın və uşaqlar da daxil olmaqla 613 nəfər öldürüldü.

Jurnalist, eyni zamanda, Xocalı soyqırımına bənzər, İtaliyada baş verən Sant'Anna di Stazzema soyqırımı haqqında da məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyaya ötən il dövlət səfəri, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Vatikanda Papa Fransisk ilə görüşü, Birinci vitse-prezident Mehriban Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi, Azərbaycan həqiqətləri bağlı sil-silə yazılar, ölkəmizin siyasi, iqtisadi, turizm və mədəniyyət sahələrində əldə etdiyi uğurları ilə bağlı yazılar, məqalələr və analtik materialları mütəmadi Italiya və Avropa mətbuatında dərc ədən jurnalist Karlo Marnio italyan dilində 80 səhifədən ibarət İkinci Qarabağ müharibəsi haqqında kitab ərsəyə gətirib. Yaxın vaxtlarda isə müəllifin Qarabağda məhv edilən mədəniyyət abidələri haqqında da kitab yazması gözlənilir

Tarix
2021.02.26 / 21:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla