Yuxarı

Prezident uğurlu əməliyyatın təfərrüatını açıqladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə almaq şansı qazanıb.

Axar.az xəbər verir ki, bu barədə Roman Boçkala Feysbuk hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın dövlət başçısı işğal edilmiş ərazilərin azad olunmasının təfərrüatını danışıb.

"Bu gün Azərbaycan Prezidentinə sual vermək imkanına malik oldum. İşğal edilmiş ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatı məni maraqlandırırdı. Qısa müddətə. 44 gün. İlham Əliyev bunun necə əldə edildiyini açıqlayır. Sadəcə dinləyin. Şlyapanı çıxarıram", - Roman Boçkala qeyd edib.

Azərbaycan rəhbəri bildirib ki, düşmən öz mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şey edib. Amma Azərbaycan hərbçilərinin şücaəti sayəsində yenə də işğalçılara qalib gəlməyə müvəffəq olduq:

"Düşmən demək olar, 30 il ərzində müdafiə xəttini çox fəal şəkildə gücləndirib. Və hətta indi də azad edilmiş ərazilərə baş çəkəndə - yəqin siz də həmçinin gördünüz, xüsusilə Füzuli istiqamətində, - orada bir neçə müdafiə xəttini görmək olar.

Üstəlik, uzunmüddətli atəş nöqtələri, hətta onların bütün səngərləri atəşə tutuldu ki, əgər biz ora girsək, artilleriya atəşinə məruz qalmayaq. Buna görə müdafiənin yarılması böyük cəsarət tələb edirdi.

Və bizim müdafiə xəttini dağıdan hücum bölmələrimiz əsl qəhrəmanlıq göstərdi. Buna görə əsas vəzifə müdafiə xəttini yarmaq idi.

Həm də biz təxminən bilirdik, onlar bizi harada gözləyirlər və biz elə yerdən gedirdik ki, hətta təsəvvür etmələri çətin idi.

Onlar indiyə qədər anlaya bilmirlər ki, biz Şuşaya girdik.

Budur, onlar bəzən mətbuatda bir-birlərindən soruşurlar, deməli nə vaxtsa anlayacaqlar".

Prezident İlham Əliyev qeyd edib ki, əsasən xüsusi təyinatlı dəstələr və aviasiya insan tələfatının minimallaşdırmasında böyük rol oynayıblar. Hərbçilərin koordinasıya olunmuş işi və planlaşdırmaları əməliyyatın müvəffəqiyyətlə başa çatımasına gətirib çıxarıb.

"Bu, Azərbaycanın xüsusi təyinatlı dəstələrinin və digər xüsusi hərbi bölmələrin cəsarət, qəhrəmanlıq, fədakarlıq tarixidir.

Amma bu gün bu sirr deyil ki, döyüş əməliyyatlarında həmçinin Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidmətləri, kəşfiyyat xidmətləri, Naxçıvan qarnizonunun xüsusi qüvvələri iştirak edirdi.

Hər kəsin vahid komandanlıq altında öz vəzifəsi var idi. Qırx dörd gündə ərazilərimizi azad etməyimiz xüsusi təyinatlı qüvvələrin böyük xidmətidir, eləcə də ordu bölmələri ərazilərin azad edilməsində və mövqelərin tutulmasında böyük rol oynadı.

Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları, onlar adətən insan qurbanlarının sayının minimuma enməsində çox böyük rol oynadılar, çünki əgər onlar olmasaydı, onda olduqca çoxlu sayda qurbanlar olardı.

Bütün bu əməliyyatların uyğunlaşdırılması, həm də əlbəttə ki, düzgün planlaşdırma müvəffəqiyyətə gətirib çıxardı", - Azərbaycan Prezidenti deyib.

Tarix
2021.02.27 / 23:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla