Yuxarı

Nikol “köpək oğludur”, amma... - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni generalitetinin Nikol Paşinyanın istefasının zəruriliyi ilə bağlı bəyanatları hərbi çevriliş demək deyil. Yeni dünya tarixində hərbi çevrilişlərin əksəriyyəti fərqli ardıcıllıqla baş verirdi: əvvəlcə hərbi qrup ölkə rəhbərliyini həbs edir, ya da qaçmağa sövq edir, daha sonra isə əsas obyektləri nəzarətə götürür və sonda hərbçilərin səlahiyyətli nümayəndələri hər hansı rəsmi bəyanat verir.

Bu barədə Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov deyib.

Onun sözlərinə görə, Paşinyanla Ermənistan hərbi generaliteti arasındakı münaqişə dünən, yaxud onun “İsgəndər”lərlə bağlı bəyanatından sonra başlamayıb. Həmin konflikt Qərb xüsusi xidmət orqanlarının 2018-ci ildə təşkil etdiyi “rəngli inqilab”dan və o zaman hökumətə gələn Paşinyanın güc strukturlarının rəhbərliyində ardıcıl təmizləmə işlərinə başlamasından sonra yaranıb:

“Xatırladığımız kimi, sorosçuların təşkil etdiyi siyasi repressiyalar bir çox yüksək rütbəli erməni hərbçisinə, o cümlədən KTMT-nin baş katibi Yuri Xaçaturova təsir edib. Xaçaturovun işdən çıxarılması İrəvanın sazişin digər iştirakçıları ilə münasibətlərini daha da pisləşdirdi, çünki Paşinyanın hərəkətlərində NATO və ABŞ-ın KTMT-nin zəifləməsi və hətta dağılmasına dair göstərişlərinə əməl olunması aydın şəkildə görünürdü. Bütün bunlar sözsüz ki, İrəvanın Moskva ilə münasibətlərini pozdu. Yeri gəlmişkən, Paşinyanın bu yaxınlarda “İsgəndər”lərlə bağlı bəyanatının da öz rolu var. Gözlənildiyi kimi, Nikolun sözləri yalan oldu: Ermənistan Baş Qərargah nümayəndələri də, Moskva rəsmiləri də, Azərbaycan Prezidenti İlham Əliyev də bunu təkzib edib”.

Ekspert Paşinyanın hakimiyyətdə qalması səbəbini də açıqlayıb:

“Qeyd etmək lazımdır ki, məhz Kremlin səyləri nəticəsində İkinci Qarabağ müharibəsi dayandırıldı, bunun sayəsində Ermənistan xalqı əlavə insan tələfatına məruz qalmadı, Nikol Paşinyanın özü də hakimiyyətdə qaldı. Ermənistan əhalisinin əksər hissəsi hərbi kampaniyanın nəticələrindən şoka düşüb, Paşinyanı və Baqramyan prospektindəki dövlət binalarındakı sorosçuları qovmağa, həm də onların üzərində “linç məhkəməsi”ni qurmağa hazır idi. Paşinyanı Ermənistanda hakimiyyətin radikal millətçilərə keçməsinin qarşısını almaq məqsədilə Baş nazir kürsüsündə saxladılar. Moskva, Bakı və Ankara bundan qaçmaq istəyirdi. Çünki radikalların hakimiyyətə gəlməsi Ermənistanın özgə əraziləri zəbt etməsi üçün yeni müharibənin başlanması demək olardı”.

Arkov vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı qərbli tərəfdaşlar Ermənistanı öz problemləri ilə təkbətək qoyub, yalnız “narahatlıq” haqda növbətçi bəyanatlarla kifayətləniblər:

“Əslinə qalsa, onlar yeni hərbi münaqişənin başlanmasında öz məqsədlərini güdürdülər. Lakin Qərb indi də Ermənistanı Rusiya, Azərbaycan və Türkiyəyə güclü təzyiq vasitəsi kimi itirməyə hazır deyil. Odur ki, Paşinyanı növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair əvvəlcədən əldə edilmiş razılaşmalardan imtina etməyə inandırıblar. Bu zaman “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimini xatırlamaq yerinə düşür”.

Tarix
2021.03.01 / 13:52
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla