Yuxarı

Qarabağdan çıxarılan mallar İrəvanda satılıb - Kvaxadze

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhəri Qarabağın Xirosimasıdır. İkinci Dünya müharibəsi zamanı atom bombası nəticəsində Yaponiyanın tamamilə dağılmış şəhərini xatırladan Ağdamda evlər yerlə-yeksan olub. Tikinti materialları və şəhərdən çıxarılan mallar isə İrəvanda material kimi satılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində Ağdam şəhərində olan Gürcüstanın Rondelli Fondunun tədqiqatçısı Aleksandre Kvaxadze Feysbuk hesabında bildirib.

Tədqiqatçı Birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğal olunduğunu və yerli əhalinin ərazidən tamamilə qovulduğunu, şəhərin dağıdıldığını qeyd edib. O yazıb ki, britaniyalı jurnalist Tomas de Vaal özünün “Qara Bağ” monoqrafiyasında Ağdamı “Qafqazın Hiroşima”sı adlandırıb. Orada evlər dağıdılıb və ya sökülərək İrəvanda material kimi satılıb. Tarixi abidələr də dağıdılıb, məsciddə mal-qara saxlanılıb. İndi Ağdamın ərazisi minalanmış vəziyyətdədir.

Gürcü tədqiqatçı işğaldan azad edilmiş Cəbrayılda və Füzulidə də olduqlarını qeyd edib. Bildirib ki, bu rayonlarda da dağıntıların miqyası Ağdamdakı kimidir. Adam gördüklərindən dəhşətə gəlir.

Aleksandre Kvaxadze Çocuq Mərcanlı kəndini də ziyarət etdiyini, sakinlərlə görüşdüyünü qeyd edib.

Tarix
2021.03.01 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla