Yuxarı

İrəvan Rusiya ilə müzakirə aparır: Qarabağa əcnəbilərin girişi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Rusiya ilə müzakirə aparır: Qarabağa əcnəbilərin girişi...

13:01

Ermənistan Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə aparır.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistanın diaspor ilə iş üzrə nümayəndəsi Zare Sinanyan deyib. O, bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini söyləyib.

Sinanyan Rusiya və Ermənistan vətəndaşlığı olmayanların bununla bağlı problemlər yaşadığını bildirib:

“Hazırda yeni rejim belədir. Əvvəlcə Qarabağın Ermənistan nümayəndəliyinə 7 gün əvvəldən ərizə vermək lazımdır. Sonra siyahı Rusiya sülhməramlılarına göndərilir və daha sonra kimin gəlib-gəlməyəcəyi müəyyən edilir”.

Qeyd edək ki, Laçın dəhlizindən Qarabağa yalnız MDB vətəndaşları buraxılır. Halbuki 10 noyabr 2020-ci il bəyanatına əsasən bu dəhliz yalnız Qarabağda yaşayan ermənilər üçündür.

Hazırda bununla bağlı Ermənistanın Rusiya ilə müzakirə aparmasının özü də qəribədir.

Tarix
2021.03.03 / 14:46
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla