Yuxarı

Köçəryan: Qarabağda yeni savaş ola bilər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan: Qarabağda yeni savaş ola bilər - Video

14:46

Serj Sərkisyanla əməkdaşlıq barədə danışıqlar olmayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, Respublikaçılar Partiyasının bu aksiyada müxalifət hərəkatının bir hissəsi kimi çıxış etdiyini bildirib.

Köçəryan, həmçinin Paşinyanın hakimiyyətə gəlməsində Sərkisyanın günahkar olmasıyla bağlı suala cavab verməkdən yayınıb:

“Bu proseslərə gətirib çıxaran (2018-ci ilə) problemlər olub. Lakin aydındır ki, burada texnologiyalar tətbiq edilib, aktiv şəkildə erməni olmayan qüvvələrin xarici müdaxiləsi olub”.

O, generalların hakimiyyətə qarşı səbirli davrandığını da bildirib:

“Hərbi çevriliş sözündən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişlərin dövlətçiliyi və iqtisadiyyatın inkişafını qorumaq üçün imkan yaratmasıyla bağlı hallar az olmayıb”.

Köçəryan buna nümunə kimi Cənubi Koreya və Misiri göstərib. Bununla belə o, sözlərinin hansısa tərəfə yozulmamasını tələb edib.

Eks-prezident Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk Qrupu yox, hökumətin uğursuzluğunun nəticəsi olduğunu söyləyib:

“Minsk Qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir”.

Köçəryan müharibə zamanı Moskvaya gedib Putinlə görüşünün alınmamasına hakimiyyətin səbəb olduğunu bildirib. O, hökumətin bu görüşün baş tutmaması üçün koronavirus testini qəsdən müsbət çıxardığını da iddia edib.

Tarix
2021.03.04 / 16:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla