Yuxarı

Prezident qurultayda hansı tapşırıqları verdi? - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev YAP-ın qurultayının keçirilməsini şərtləndirən amillərə diqqəti cəlb etdi və vurğuladı ki, Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı zəfərin yaratdığı reallıqlar və bu reallıqlardan doğan yeni yanaşmalara böyük ehtiyacın olması bu qurultayı zəruri etdi.

Bunu Axar.az-a Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayını şərh edən millət vəkili Elman Nəsirov deyib.

O, YAP-ın nizamnaməsinə edilən dəyişikllikərin səbəbi barədə danışıb:

“İndi hakim Yeni Azərbaycan Partiyasının üzərinə böyük məsuliyyət düşür. O, daha çevik, daha operativ və dinamik olmalıdır. Qurultayda 5 məsələyə baxıldı və məlum oldu ki, Siyasi Şuranın və İdarə Heyətinin paralel olaraq mövcud olması qərarların qəbulu və icrası prosesində lənglik yaradır. Daha çevik mexanizmlərə ehtiyac olduğu üçün yeni nizamnamədə artıq Siyasi Şura olmadı. İdarə heyətinin üzvləri isə 20 nəfərdən 40 nəfərə çatdırıldı. Buraya ictimai-siyasi həyatda özlərini təsdiqləmiş yeni simalar gəldi.

Eyni zamanda, Təftiş Komissiyasının, mən də daxil olmaqla, 13 nəfərdən ibarət yeni tərkibi seçildi. Dövlət idarəsinin qarşısındakı əsas məsələlərdən biri şəffaflığın təmin edilməsi, rüşvətxorluğun və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsidir. Belə olan halda isə partiyanın Təftiş Komissiyasının üzərinə böyük məsuliyyət düşür. Komissiya qeyd olunan reallıqlar prizmasından öz fəaliyyətini quracaq.

Bundan başqa, Veteranlar Şurası təsis edildi və partiyada uzun müddət fəaliyyət göstərən, töhfə verən 35 nəfər bu şuraya üzv seçildi”.

Millət vəkili onu da qeyd edib ki, Prezident İlham Əliyev digər partiyalarla siyasi dialoqun önəmindən və gənclərlə iş siyasətinin gücləndirilməsindən də bəhs edib:

“Prezident bildirdi ki, müharibədən əvvəl formalaşan siyasi dialoq mühiti nəticəsində müharibə dövründə siyasi partiyalar bir-biri ilə əməkdaşlıq çərçivəsində əlaqə qurdular. Bunların bizim tarixi qələbəmizdə mühüm rol oynadığını qeyd edən Prezident bundan sonra da siyasi dialoqun dərinləşdirilməsinin lazım olduğunu bildirdi.

Həmçinin qurultayda azad edilən torpaqların yenidən qurulması və bərpası prosesində YAP üzvlərinin də fəal olmasının və bu işə töhfə verməsinin lazım olduğu qeyd edildi. Xüsusilə, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyü və buna görə gənclərlə iş siyasətinin daha da gücləndirilməsi lazım olduğu deyildi. Bunun üçün Vətənini sevən bilikli, savadlı və mənəvi dəyərlərə söykənən gənclərin yetişdirilməsi qeyd edildi”.

Elman Nəsirov onu da qeyd edib ki, qurultay 6 siyasi partiyanın YAP-a birləşmək barədə qərar qəbul etməsi ilə də yadda qaldı:

“Bu, onu göstərir ki, YAP-ın cəlbedicilik əmsalı böyükdür. Partiya liderləri görürlər ki, Azərbaycanın gələcək inkişafı və taleyinə YAP ilə birlikdə çata bilərlər. İstisna deyil ki, gələcəkdə ayrı-ayrı partiyalar da bu prosesə qoşulsunlar. Bu, bir daha onu göstərir ki, ölkənin siyasi sistemində YAP-ın yeri və çəkisi güclənməkdədir”.

Tarix
2021.03.06 / 20:12
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla