Yuxarı

Türkiyədəki seçkilərdə erməni sevgisi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədəki seçkilərdə erməni sevgisi...

"Türkiyədə iyunun 7-də keçiriləcək seçkilərdə bizi narahat edən məsələləri bütün vasitələrlə Türkiyə cəmiyyətinin diqqətinə çatdırmalıyıq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, Türkiyə parlamentində təmsil olunacaq erməni mənşəli deputatların olacağından narahatlığını ifadə edib:

"Üç erməni mənşəli namizəd Türkiyə Böyük Millət Məclisində təmsil olunmaq üçün real şansa malikdir. AKP-nin erməni mənşəli namizədi "Yeni Şəfəq" qəzetində çalışan Markar Esayan, CHP-nin erməni namizədi Selina Özüzün Doğan, Kürdlərin Xalq Demokratik Partiyasının namizədi Qaro Paylan. Bu ermənilərin rəsmi statusu olandan sonra Türkiyə-Azərbaycan münasibətlərinə zərər vuracaq addımlar atmasını indidən proqnozlaşdırmaq mümkündür. Bu gün Ermənistanda bir türkün yaşamaq imkanı olmadığı halda Türkiyədə erməninin millət vəkili seçilmə şansı yaranırsa, bu o deməkdir ki, Türkiyə Osmanlının süqutundan lazımi dərs çıxarmayıb".
Millət vəkilinin sözlərinə görə, PKK-çıların əksəriyyəti erməni mənşəli olduğundan bu hadisə təəccüb doğurmur:

"CHP milli və dini xarakterdə partiya olmadığına görə erməni simpatiyası gözləniləndir. Bəs, islamı referans aldığını söyləyən AKP-yə nə düşüb ki, 5-10 min səsə görə, erməni namizəd irəli sürür. Burada partiya olaraq yalnız MHP siyahıya erməni namizədini yaxın buraxmayıb. Hər halda Azərbaycanın siyasi partiyaları, vətəndaş cəmiyyəti institutları Türkiyə cəmiyyətinə bu istiqamətdə çağırışlar etməlidir. Xüsusilə də Tvitter vasitəsi ilə Türkiyə auditoriyasına çıxışı olan hər kəsin bu namizədlərə səs verməmək üçün türk seçicisinə çağırışlar etməsi faydalı olardı".

Tarix
2015.06.05 / 11:54
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla