Yuxarı

ANS Aytəni niyə efirə buraxmır – Şok səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS Aytəni niyə efirə buraxmır – Şok səbəb

ANS-in tanınmış siması, aparıcı Aytən Səfərova uzun müddətdir ki, efirdə görünmür.

Axar.az xəbər verir ki, Aytən Səfərovanın "Salam, Azərbaycan" verilişi həmişə olduğu kimi həftə içi hər gün efirdədir, amma verilişi Samir Cabbarov aparır.

Aytən Səfərovanın efirə çıxmaması haqda rəsmi açıqlama hələ ki, verilməyib. Amma qeyri-rəsmi məlumata görə, xanım aparıcının efirdə görünməməyinin səbəbi onun ANS rəhbərliyi ilə yaşadığı problemlərdən irəli gəlir. Bildirilir ki, Aytən xanım həmkarı Mətanət Əliverdiyevanın əleyhinə çıxış etmədiyinə görə kanal rəhbərliyi ilə problem yaşayır.

Məsələyə aydınlıq gətirmək üçün ANS telekanalı ilə əlaqə saxladıq. Dəstəyi götürən xanım Aytən Səfərova ilə bağlı sualımıza "Bir dəqiqə gözləyin, sualınızı Gülşən xanım cavablandıracaq" – dedi. Gülşən xanımsa dəstəyi götürüb Azərbaycanın xalq mahnılarından birini zümzümə etməyə başladı. Görünür, bu üsulla onlar zəng edənlərin əhvalını yaxşılaşdırmağa, Aytən xanımın yoxluğunu unutdurmağa çalışırlar.

Tarix
2015.06.05 / 12:28
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla