Yuxarı

İrəvan terrorçuları Qarabağa toplayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan iki gün öncə verdiyi açıqlamada Ermənistanın hər zaman Suriyadakı ermənilərin arxasında olduğunu bildirdi.

Daha sonra Nalbandyan İrəvanın Suriyadakı ermənilərin taleyindən narahat olduğunu söylədi. Maraqlı məqam orasındadır ki, həmin gün demək olar ki, eyni mövzu ilə bağlı Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov açıqlama yaydı. Tvitter hesabında çıxış edən dövlət nümayəndəsi vurğuladı ki, "ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi 2 əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır".

Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirməni təmin etmək və buranı tam erməniləşdirmək İrəvanın çoxdankı siyasətidir. Əslində, Bakı da bunu yaxşı bilir. Sərkisyan məhz indiki zamanda yaranmış siyasi şəraitdən faydalanmağa çalışır. Sərkisyan anlayır ki, Suriyadakı ermənilərin Qarabağa gətirilməsi ona bir sıra dividentlər qazandıra bilər:

1. Sərkisyan bununla cəmiyyətdə itmiş imicini az da olsa bərpaya ümid edir;

2. Ermənilərin dini və ideoloji mərkəzi Eçmiədzin Sərkisyanı, bu məsələnin necə reallaşdırılmasından asılı olmayaraq, istənilən vəziyyətdə dəstəkləyir;

3. Daha çox erməninin Qarabağda məskunlaşdırılması işğal olunmuş Azərbaycan torpaqlarının erməniləşdirilməsinə yol açır.

Sərkisyan həm də dünyanın heç bir dövlətinin ermənilərin Qarabağa köçürülməsinə etiraz etməyəcəyini hesablayır. Çünki istənilən halda bu plan ictimaiyyətə yalnız "humanizm" tamaşası altında təqdim olunacaq. Bununla da İrəvan, daha dəqiq desək, ermənilər yenə özlərini qayğıkeş, əzabkeş kimi göstərəcək.

Sərkisyanın digər bir məqsədi Qarabağın azərbaycanlı və erməni icmaları arasında disbalans yaradılmasıdır. İrəvan anlayır ki, Dağlıq Qarabağ konflikti gec-tez həll olunacaq. Qarabağla bağlı gedən danışıqlarda hələlik ictimaiyyətə bəlli olan iki həll yolu variantının hər birinin içərisində referendum var. İrəvan müxtəlif yollarla insanların burada yerləşməsini leqallaşdırmağa və nə zamansa Bakıya qarşı istifadə etməyə çalışır. Əgər Ermənistan həmin leqallaşdırmanı həyata keçirib, onu dünya ictimaiyyətinə qəbul etdirməyi bacarsa, o zaman İrəvan məkrli niyyətinə bir addım da yaxınlaşmış olacaq.

Sərkisyan Suriya ermənilərini Qarabağda yerləşdirməklə daha bir üstünlük əldə etməyə çalışır. Bu, əlavə döyüşçü ehtiyatının yaranmasına gətirib çıxara bilər. Ermənilərin Dağlıq Qarabağı narkotrafikin mərkəzinə və plantasiyasına çevirməsi Bakıya və dünyaya çoxdan bəllidir. Bundan əlavə, Qarabağdakı separat rejimin terroru dəstəklədiyi və burada müxtəlif erməni terror dəstələrinin yerləşdirilməsinə yardım etdiyini də hər kəs bilir. Nəzərə alsaq ki, Suriya və Livan erməni terror dəstələrinin ana yuvasıdır, o zaman Cənubi Qafqazı gözləyən təhlükəni tam anlamış olarıq.

Məhz bu amil aprelin 12-də Ermənistan Müdafiə naziri Seyran Ohanyanın Livan və Suriyaya olan səfərlərini izah etmiş olur. Doğrudur, nazirin səfəri barədə mətbuatda geniş informasiya səsləndirilmədi. Yalnız bəlli olan tək məsələ Ohanyanın ermənilərin "Azdak" qəzetinin rəhbəri Şaqen Kandaxaryanla görüşməsi və mükafatlandırması oldu. Sənədlərə nəzər yetirsək, "Azdak" qəzetinin Daşnaksütyunun Livan şöbəsinin rəsmi mətbuat orqanı olduğunu görmüş olarıq. Əslində, Ohanyanın Livan və Suriyada erməni terror təşkilatının rəhbərləri ilə görüşməsi amili də söylənilən fikirlər arasından çıxarılmamalıdır. Əgər belə olmasaydı, ağır günlərini yaşayan Suriya və yarandığı gündən özünə belə xeyir verməyən Livana səfər İrəvana başqa hansı dividentlər verə bilərdi? Cavab isə sadədir: Heç bir xeyir verməzdi. Ohanyanın səfəri bir daha Ermənistanın Suriya və Livan ermənilərini Qarabağa köçürməkdə israrlı olduğunu sübuta yetirdi.

Bayaq söylədiyimiz döyüşçü ehtiyatı məsələsinin üzərinə bir daha qayıtmağa dəyər. Qarabağda dəfələrlə ağır zərbə alan erməni tərəfinin itkiləri artıq Ermənistanda əks-səda verməyə başlayıb. Ermənistan ermənilərinin Qarabağda xidmət etməkdən imtina etməsi İrəvanı ağır vəziyyətlə üz-üzə qoyur. Üstəlik, ölkədən gedənlərin sayının artması cəbhənin yeni əsgərlərlə təmin edilməsində problem yaradır. Məhz buna görə Ermənistan I Qarabağ savaşının ilk günlərinə qayıtmağı planlaşdırır. Kifayət qədər peşəkarlaşmış terror dəstələrinin Qarabağda yerləşdirilməsi onların sonradan muzdlu kimi orduya cəlb edilməsinə və ön cəbhəyə yollanmasına hesablanıb. Bu terror dəstələri sırasında isə ilk pilləni "Erməni birliyi"(1988-ci ildə Moskvada yaradılıb. Qarabağa silah və muzdluların ötürülməsində fəal iştirak edib), "Erməni azadlıq cəbhəsi" (1979-cu ildə yaradılıb. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır), Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmış "Apostol" (2001-ci ildə yaradılıb. Hədəfi Azərbaycan və Türkiyə ərazisində terror törətməkdir), ASALA və digərləri tutmuş olacaq.

Adı çəkilən terror təşkilatlarının FAT, Hizbullah, PKK və bir sıra digər ərəb terror təşkilatları ilə əlaqəsi hər kəsə bəllidir. Başqa sözlə desək, Sərkisyan dünyanın gözü qarşısında Qarabağdakı nəzarətsiz separatçı qurumu terrorçuların yuvasına çevirməkdədir.

Rəsmi Bakı bu terror və separatizm şəbəkəsinə qarşı təkbaşına mübarizə aparmaqdadır. Çünki faktiki olaraq Qarabağda Sərkisyanın nə oyunlardan çıxdığını görən dünya gücləri, o cümlədən bu qurumları terrorçu olaraq tanıyan dövlətlərdən məqbul və beynəlxalq normalara uyğun reaksiyalar verilmir.

Ancaq hesab etmirik ki, bu taktika erməni ideoloqlarının arzuladığı nəticəni verə bilər: terror şəbəkəsi yalnız maddi dəstəyə hesablanır və muzdu çatdırılmayan terrorçu ona vəd verənlər üçün bəlaya çevrilir. Bu kontekstdə isə Ermənistanın imkanları xüsusilə Azərbaycanla müqayisədə sıfır səviyyəsindədir.

Tarix
2015.06.06 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla