Yuxarı

Seçki partlayışı: CHP lideri Dəmirdaşa telefonda nə dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçki partlayışı: CHP lideri Dəmirdaşa telefonda nə dedi?

CHP lideri Kamal Kılıçdaroğlu HDP başqanı Səlahəddin Dəmirdaşa telefon açıb.

Axar.az xəbər verir ki, CHP lideri HDP-nin mitinqində olan partlayışla əlaqədar ona "keçmiş olsun" söyləyib. Ölənlərə başsağlığı verən Kılıçdaroğlu bildirib ki, seçkidə milyonlarla səs bir canın qarşılığı ola bilməz. Onun sözlərinə görə, Dəmirdaşın mitinqi təxirə salaraq hamını sakitliyə çağırması və təxribata uymamağa dəvət etməsi təqdiredici haldır.

Hadisə zamanı 2 nəfər həyatını itirib, yüzdən çox yaralı var. Sabah – 7 iyunda Türkiyə "sandıq başı"na gedir və parlamentin yeni tərkibini müəyyənləşdirir. Seçkiyə iki gün qalmış baş verən bu hadisə ölkə gündəminin baş mövzusuna çevrilib.

Müxalifət birmənalı şəkildə AKP hökumətini ittiham etmir. Bunun kənar qüvvələrin təxribatı olacağı da ehtimal olunur. Baş nazir Əhməd Davudoğlu isə açıqlamasında bu partlayışı Türkiyəyə qarşı bir hücum kimi qiymətləndirib.

Tarix
2015.06.06 / 13:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla