Yuxarı

“Ankaranın bu aqressiv ölkəyə qucaq açması…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ankaranın bu aqressiv ölkəyə qucaq açması…”

"Bu seçki bir sıra yeniliklərə imza atdı və hazırda həm Türkiyədə, həm də dünyada böyük marağa səbəb olub".

Axar.az xəbər verir ki, bu barədə Türkiyədəki seçkilərin ilkin nəticələrinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib.

"AKP seçkilərdə qalib gəlsə də, mütləq çoxluğa malik olmadığından mümkün koalisiya müttəfiqi haqda çoxsaylı variantlar irəli sürülür. Hətta vaxtından əvvəl seçkilər barədə fikir bildirənlər də var. Türkiyənin koalisiya hökumət təcrübəsi var və bu dəfə də ortaq maraqların nəzərə alındığı bir hökumətin qurulacağı daha inandırıcıdır. Bu gün yayılan şərhlərdə baryeri aşaraq Məclisə ilk dəfə düşən HDP-nin seçkidən öncə Ermənistanla sərhədləri qeyri-şərtsiz açmaq təklifləri barədə danışılır. Bildirilir ki, AKP HDP ilə koalisiya qurarsa, yeni parlament partiyasının bu fərqli mövqeyi nəzərə alınmalıdır. Ancaq Türkiyənin bir anda öz yolunu dəyişəcəyi, ümumtürk maraqlarını partiya maraqlarına qurban verəcəyi inandırıcı görünmür. 82 milyonluq ölkədə bir qrup insanın Ermənistan sevgisi olması tamamilə mümkündür. Ermənistan Türkiyəyə qarşı bütün dünyada çirkin kampaniya apardığı halda Ankaranın bu aqressiv ölkəyə qucaq açması ancaq romantik təxəyyülün arzusu ola bilər".

Tarix
2015.06.09 / 09:47
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla