Yuxarı

Bakıda Avropa İttifaqına qarşı etiraz aksiyası - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın bir qrup gənclər təşkilatı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçiriblər.

Teleqraf.com xəbər verir ki, "Landmark" otelinin qarşısında keçirilən aksiyada gənc fəallarla yanaşı, QHT-lərin nümayəndələri də iştirak ediblər.

Aksiya iştirakçıları "İkili standartlara son", "Qarayaxma kampaniyası dayandırılsın", "Rədd olsun Martin Şults, yaşasın Azərbaycan!", "Avropa Parlamenti, dağıtmağa yox, qurmağa xidmət et!", "Avropanın dostuyuq, bizi düşmən saymayın!", "Azərbaycanı sərbəst buraxın!", "Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?" "Rədd olsun neoimperialistlər" və digər şüarlar səsləndiriblər. Polis aksiyanı dağıtmağa cəhd göstərib.

Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamədə Böyük Britaniya və digər Avropa ölkələrinin Azərbaycanla bağlı tutduqları məkrli siyasətdən əl çəkmələri tələb olunur.

Aksiyada iştirak edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Avropa İttifaqını ikili standart yürütməkdə ittiham edib: "Ukraynanın ərazisini işğal edən Rusiyaya sanksiya tətbiq edirsiz, Azərbaycanın torpaqlarını zəbt edən Ermənistana isə dəstək verirsiz".

Aksiyada çıxış edən QHT nümayəndələri Elməddin Behbud və Asif Əsgərli Qərbi ikiüzlülükdə ittiham ediblər və bildiriblər ki, bir milyondan artıq qaçqın, məcburi köçkünün taleyi ilə maraqlanmayan, işğalçı Ermənistana heç bir təzyiq göstərməyən Avropa İttifaqı Azərbaycana qarşı ikili standartlara son qoymalıdır.

Tarix
2015.06.11 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla