Yuxarı

Ruslar Azərbaycan torpağında ermənilərə kişilik dərsi keçir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar Azərbaycan torpağında ermənilərə kişilik dərsi keçir

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında ermənilərin yeni şousuna start verilib.

Axar.az xəbər verir ki, dünənə qədər Sovet İttifaqına qarşı vuruşan və alman faşizminə dəstək verən Qaregin Njdeyə Qarabağda da abidə qoyan, faşizm üzərində qələbənin 75 illiyində iştirak etməmək üçün Moskvaya səfərdən müxtəlif bəhanələrlə yayınan Ermənistan hakimiyyəti rus sülhməramlıları ilə birgə guya 76-cı ildönümə “hazırlaşır”, “Ailə Tarixi - Zəfər Tarixi” adlı aksiyaya qoşulub.

Aksiya 1941-1945-ci illərdə Almaniyaya qarşı döyüşlərdə həlak olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Əsgəran rayonunun Xanabad kəndinin yerli 104 əsgərinin abidəsinin ziyarəti ilə start götürüb.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda “gənc nəsil arasında Böyük Vətən müharibəsi mövzusuna marağı artırmaq və tarixin təhrif olunmasının qarşısını almaq məqsədilə” aksiyanın bir aydan çox davam edəcəyi bildirilib.

“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Qarabağdakı erməni müəllimlərlə birlikdə mütəmadi olaraq məktəblilər və tələbələrlə görüşəcək, cəsarət (kişilik) dərslərinin keçirilməsində mütəmadi olaraq iştirak edəcəklər”, - məlumatda qeyd edilib.

Zəruri olaraq qeyd edək ki, Azərbaycan Böyük Vətən müharibəsinə Ermənistandan fərqli olaraq, tarixinin şərəfli parçası kimi baxır. Ona görə də bu aksiyanın Ermənistanda keçirilməsi daha məqsədəuyğundur.

Rus sülhməramlılarının ermənilərə kişilik dərsi keçməyə çalışmasının, həm də bunu Azərbaycan ərazisində etməsinin özü qəribədir.

Tarix
2021.04.06 / 11:13
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla