Yuxarı

"Baksell" jurnalistlər üçün təlim təşkil etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Baksell" jurnalistlər üçün təlim təşkil etdi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə "Azərbaycanda futbol jurnalistikasına dəstək" layihəsi çərçivəsində idman jurnalistləri üçün nəzərdə tutulmuş təlimlərin ikinci mərhələsini başa vurub.

Britaniyalı təlimçi Den Meyson (Dan Mason) tərəfindən aparılan iki günlük mobil multimedia təlimlərində idman sahəsində ixtisaslaşmış, xüsusilə futboldan yazan jurnalistlərə multimediadan effektiv istifadəyə dair bilik və bacarıqlar öyrədilib.

Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır. Bundan başqa, xüsusi təlim proqramı vasitəsilə jurnalistlərin futbol xəbərlərini yerli auditoriyaya daha yaxşı şəkildə çatdırması üçün müasir medianın bütün üstünlükləri barəsində onlara məlumatlar vermək, eləcə də praktik məşğələlərlə yeni biliklər öyrətməkdir.

İki ay davam edən layihədə 4 günlük təlim sessiyası və 6 həftəlik onlayn təlimlər keçirilir. Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər və multimedia üzrə təlimlər isə yeni media üzrə britaniyalı mütəxəssis tərəfindən keçirilib.

Təlimin bağlanış mərasimi iyul ayında Milli Mətbuat Günü ərəfəsində keçiriləcək və iştriakçılara sertifikatlar paylanacaq. Onlayn tapşırıq və təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılardan biri Mançesterə yollanacaq.

Tarix
2015.06.11 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla