Yuxarı

Rusiya Kəlbəcərə 145 ton yük göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Kəlbəcərə 145 ton yük göndərdi

Rusiya sülhməramlıları Kəlbəcərə 145 ton humanitar yükün çatdırılmasını təmin edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün “KamAZ” markalı 15 hərbi yük maşınından və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin 12-ci karvanı Suqovuşan - Kəlbəcər marşrutu üzrə hərəkət edərək 145 ton yükü Kəlbəcər rayonuna çatdırıb.

Yük enerji təchizatı sistemlərinin bərpası üçün qida, tikinti materialları və elektrik avadanlıqları, tikinti avadanlığı və digər materiallardan ibarət olub”, - məlumatda bildirilib.

Nazirlik ümumilikdə 2100 tondan çox yük daşındığını açıqlayıb:

“Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib”.

Tarix
2021.04.07 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla