Yuxarı

Ermənistan bundan imtina edir - Serbiya nəşri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bundan imtina edir - Serbiya nəşri

Serbiyanın məşhur “Danas” nəşri kapitulyasiya aktına imza atan Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsindən yazıb.

Axar.az xəbər verir ki, materialda Ermənistan hökumətinin bu cür anti-humanitar mövqeyini pisləyən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı barədə xəbər verilir. Eyni zamanda, nəşr aprelin 4-də dünyada Beynəlxalq Mina Xəbərdarlığı Gününün qeyd edildiyini xatırladır. Nəşr Azərbaycan Xarici İşlər Nazirliyinin azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bəyan etdiyini diqqətə çatdırıb.

Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşmişdir və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir.

Məqalədə qeyd edilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olmuşdur.

Tarix
2021.04.10 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla