Yuxarı

Ermənilər qaçqınların qayıtmasının qarşısını belə alır - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər qaçqınların qayıtmasının qarşısını belə alır - Səfir

Ermənistanın 30 ilə yaxın işğal altında olan Azərbaycan ərazilərindəki minalanmış ərazilərin xəritəsini təhvil verməməsi xüsusi narahatlıq doğurur və beynəlxalq humanitar hüququn daha bir ciddi pozuntusudur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Emerging Europe" xəbər agentliyi tərəfindən dərc olunan məqalədə deyilib.

"Minalar Ermənistan tərəfindən yüz minlərlə məcburi köçkünün öz yurdlarına qayıtmasının qarşısını almaq, insanlara mümkün qədər çox əziyyət vermək üçün məqsədyönlü strategiyanın bir hissəsi kimi istifadə olunur", - səfir qeyd edib.

Tahir Tağızadə vurğulayıb ki, İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın imzalanmasından bəri minaların partlaması nəticəsində 14 mülki şəxs olmaqla 20-dən çox Azərbaycan vətəndaşı həlak olub və 16 mülki şəxs olmaqla 85-dən çox vətəndaş ağır yaralanıb .

Diplomat Ermənistanın bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsinə mane olmağa davam etdiyini vurğulayıb:

"Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquq normalarından və 10 noyabr 2020 və 11 yanvar 2021 tarixlərində imzalanan ortaq bəyanatlarından irəli gələn bütün öhdəliklərin yerinə yetirməyə çağırmalıdır".

Tarix
2021.04.11 / 00:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla