Yuxarı

Əliyev bir müjdəli xəbər də verdi ki... - Çağrı Ərhan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev təxminən 3 saat ərzində müxtəlif ölkələrdən olan elm adamları, jurnalistlərlə fikir mübadiləsi apardı, onların Qarabağa dair suallarını cavablandırdı. Görüş zamanı gələcəkdə Qarabağda hansı infrastruktur işlərinin görüləcəyi barədə də məlumat verdi. Burada qaçqınların geri qayıtmaları ilə bağlı məsələlər barədə də müzakirələr aparıldı.

Axar.az xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Türkiyə Altınbaş Universitetinin rektoru Çağrı Ərhan deyib.

Rektor qeyd edib ki, hazırda Qarabağın demək olar, hər tərəfi minalanıb. Ermənilər gedərkən həm hər tərəfi yandırıb, dağıdıb, həm də ərazini minalayıblar. Bütün bu minalar təmizlənəcək. Həmçinin Prezident İlham Əliyev bir müjdəli xəbər də verdi ki, əgər qarşıdakı dövrdə Ermənistan Qarabağın Azərbaycana aid olduğunu qəbul edərsə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul edərsə, Türkiyə də, Azərbaycan da rəsmi İrəvanla regional əməkdaşlığa başlaya bilər. Ancaq hazırda Ermənistan Türkiyə və Azərbaycan fobiyası ilə yaşayır, qorxusunun əsiri olub.

“Azərbaycanın çox qısa zamanda - 44 gün ərzində qazandığı Zəfərdə əldə etdiyi qənimətləri bu parkda görürük. Ermənilərin uzun illər boyu həyata keçirdikləri təxribatların nəticələri Ağdamda, Füzulidə və işğaldan azad olunmuş digər torpaqlarda sərgilənir. Burada isə müharibədə Azərbaycan Ordusunun ələ keçirdiyi döyüş qənimətləri var. Bu qənimətlər 100 illər boyunca burada qalacaq və Azərbaycana gələn hər kəs bir vaxtlar ermənilərin Azərbaycan torpaqlarını necə barbarcasına dağıtdıqlarını, Azərbaycan Ordusunun, xalqının qanı, canı bahasına o əraziləri necə azad etdiyini görəcək”, - deyə Ç.Ərhan bildirib.

Tarix
2021.04.13 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla