Yuxarı

Bu yol bağlıdır – Diqqət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yol bağlıdır – Diqqət

Birinci Avropa Oyunları çərçivəsində bu gün keçiriləcək yarışlarla əlaqədar olaraq bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.

Axar.az xəbər verir ki, kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar bu gün Bilgəh qəsəbəsində yol saat 08:30-dan məhdudlaşdırılıb. Məhdudiyyət saat 18:30-a qədər davam edəcək.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumat görə, sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Xatırladaq ki, yol bağlanmaları və Bakı-2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Feysbuk səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları

Tarix
2015.06.13 / 12:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla