Yuxarı

Niyə Ağdamı dağıdıblar? - Ukrayna baş nazirinin müavini

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə Ağdamı dağıdıblar? - Ukrayna baş nazirinin müavini

Ukraynanın Azərbaycana da fayda verə biləcəyimiz bir sıra sahələri var.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərin yenidən inteqrasiyası naziri Oleksi Reznikov Ağdamda jurnalistlərə bildirib.

“Bildiyiniz kimi Ukrayna ən böyük taxıl istehsalçılarındandır və bu da Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün faydalı ola bilər. Həmçinin mühüm istehsalçısı olduğumuz metal da bu məsələdə kara gələ bilər. Nəhayət, Ukraynada əczaçılıq sənayesi də yüksək səviyyədə inkişaf edib ki, bu sahədə də təcrübəmizi azərbaycanlı dostlarımızla bölüşməyə hazırıq. Azərbaycanın insulin istehsalı ilə bağlı bəzi variantları araşdırdığını bilir və bu məsələdə də təcrübəmizi bölüşməyə hazırıq”, - O.Reznikov qeyd edib.

Qonaq Azərbaycanın müstəqillik illərində xeyli inkişaf etdiyini də dilə gətirib: “Uzun illər bundan əvvəl Azərbaycana gələndə Bakı şəhəri tikinti meydançasına çevrilmişdi. İndi də rəsmi şəxs qismində bura gələndə burada nə qədər böyük dəyişikliklər olduğunu, işlərin qayğı və məhəbbətlə görüldüyünü əyani görürəm. Amma Ağdamdakı blokpostdan keçəndə dəhşətli mənzərənin şahidi oldum. İşimdə belə bir sual yarandı – niyə? Niyə bunları dağıdıblar? Və qətiyyən şübhə etmirəm ki, tezliklə tamamilə yeni bir Ağdam olacaq. Gördüklərim mənə bu ümidi verir”.

Tarix
2021.04.14 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Yeni sədr təyin edildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla