Yuxarı

Gürcüstanda azərbaycanlılarla bağlı yeni layihə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda azərbaycanlılarla bağlı yeni layihə

Aprelin 15-dən Gürcüstanda “Etnik azlıqlar üçün təmənnasız hüquqi xidmətlərə giriş” adlı məlumat kampaniyası başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Dövlət nazirinin müşaviri Ayaz Məmmədov məlumat verib. O bildirib ki, kampaniya Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin təşəbbüsü, USAİD, Tolerantlıq, Vətəndaşlıq Şüuru və İnteqrasiya (UNAG) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunur.

Dövlət naziri Tea Axvlediani deyib ki, vətəndaş bərabərliyi siyasətinin prioritet istiqamətlərindən biri də etnik azlıqların nümayəndələri üçün dövlət proqramları və müxtəlif mövzularda tədbirlər keçirməklə onların məlumatlılığını artırmaqdır.

Etnik azlıqlar üçün təmənnasız hüquqi xidmətlər vətəndaş bərabərliyi və dövlət siyasətinin əsas prioritetlərdən biridir.

Layihə çərçivəsində Gürcüstanın bölgələrində, o cümlədən azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli bölgəsinə daxil olan Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Tsalka, Tetriskaro və digər ərazi vahidlərində, kənd və qəsəbələrdə xüsusi pulsuz hüquqi yardım üzrə maarifləndirmə tədbirləri keçiriləcək.

Müəllimlərə, gənclərə ilk dəfə hüquqi yardım və ondan istifadə qaydaları haqqında məlumat veriləcək.

Kampaniyadan müəllim və şagirdlər, gənclər, bələdiyyə üzvləri, eləcə də maraqlı olan hər bir vətəndaş yararlana biləcək.

Tarix
2021.04.15 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla