Yuxarı

Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Video

11:43

Atam Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə ziyarət edib. Daha sonra mütəmadi olaraq fərqli illərdə də ziyarəti olub. Sonuncu dəfə 8 iyul 2014-cü ildə Şahbaz Quliyevlə gedəndə Şahbaz Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq erməni əsgərləri tərəfindən girov götürülüb.

Bu sözləri Axar.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, bundan sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb:

“Şahbaz Quliyev tutulan kimi Dilqəm Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı Həsən Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub. Tutulduqdan sonra Şahbaz Quliyev ermənilərə hər şeyi danışdığına görə atam həbsxanada onunla eyni kamerada qalmaq istəməyib. Atam onların əsir düşməyində və Həsən Həsənovun öldürülməsində günahı Şahbaz Quliyevdə görür. Şahbaz Quliyevin ucbatından 7 il qanunsuz işgəncələrə məruz qalıb”.

Qeyd edək ki, son günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyev arasındakı mübahisələr böyüməkdə davam edir. Dilqəm Əsgərov Moderator.az-ın əməkdaşının H.Həsənovun necə öldürülməsi ilə bağlı sualına “Bunu Şahbaz Quliyevdən soruşun” cavabını verib və deyib:

“Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun”.

Tarix
2021.04.15 / 14:39
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla