Yuxarı

Bakı bacarır, İrəvan isə hər yerdə bir zibil çıxarır - Qabanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bacarır, İrəvan isə hər yerdə bir zibil çıxarır - Qabanyan

Avrasiya İqtisadi İttifaqı ölkələri (Aİİ) və qurumun Hökumətlərarası Şurasının iclası aprelin 29-30-da Kazanda keçiriləcək. Bu iclasda Azərbaycan nümayəndə heyətinin iştirakının mümkünlüyü artıq müzakirə olunub (Şuranın iclasında adətən hökumət başçıları iştirak edir).

Axar.az xəbər verir ki, bu barədə erməni siyasi icmalçı Ambarsum Qabanyan yazıb.

“Rusiya və Ermənistanda artıq bu məlumatı təsdiq ediblər. Rusiya nəşri RBK Ermənistan diplomatı ilə müsahibə də edə bilib. Adı gizli saxlanılan erməni diplomat qeyd edib ki, həqiqətən də Bakının dəvəti ilə bağlı ideya var: “Prinsipcə bunun əleyhinə deyilik, biz həll olunmamış məsələlər, o cümlədən “hərbi əsirlər” məsələsinin həllini istəyirik".

Buna cavab olaraq RBK qeyd edib ki, rəsmi Bakı Ermənistandan Azərbaycana göndərilmiş təxribat qrupunun üzvlərinin Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasından bir ay sonra hərbi əsir sayıla bilməyəcəyini dəfələrlə bəyan edib.

Ermənilər bütün bunları oxumaq istəməsələr də, başqa yolları yoxdur. Bu, Ermənistanın yeni reallığıdır”, - deyə erməni ekspert bildirib.

Məqalə müəllifi qeyd edib ki, bu gün Bakı hər bir dövlət ilə həm ayrı-ayrılıqda, həm də müxtəlif təşkilatlar çərçivəsində dostluq edə bilir, İrəvan isə hər yerdə bir zibil çıxarır.

Tarix
2021.04.15 / 16:17
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla