Yuxarı

Türk düşmənçiliyi: Armen yazdı, Zurabişvili niyə paylaşdı? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk düşmənçiliyi: Armen yazdı, Zurabişvili niyə paylaşdı? - Foto

Ermənistan Prezidenti Armen Sərkisyan Gürcüstan səfəri zamanı Salome Zurabaşvili ilə də görüşüb. Sərkisyan fəxri qonaqlar kitabına "ürək" sözlərini yazıb və Ağrı dağının rəsmini çəkib.

Gürcüstan prezidenti də Azərbaycan əsgərinin səsindən psixoloji sarsıntı keçirən bu Hindistan qaçqınının cızma-qarasını sosial şəbəkə hesablarında paylaşıb. Yəni özü separatizmdən əziyyət çəkən, ərazisinin 15 min kvadrat kilometrə yaxın hissəsi işğalda saxlanılan, Samsxe-Cavaxetiya quberniyası növbəti münaqişə ocağına "hamilə" olan dövlətin rəhbəri ermənilərin Türkiyəyə ərazi iddiası irəli sürməsinə dəstəyini ifadə edib.

Zurabişvili bu paylaşımında görün nə yazır: "Səfərin nəticələri gələcək nəsillərimizin xeyrinə erməni və gürcü xalqı arasında yaxın, mehriban münasibətləri gücləndirəcək".

Əgər səfər müharibədən yenicə çıxmış, dərin sosial, iqtisadi və siyasi böhran keçirən Ermənistanın Türkiyə kimi böyük dövlətə ərazi iddiasını təkrarlamaqla yekunlaşırsa, şübhəsiz ki, bu siyasət nəinki gürcülərə, heç ermənilərin özlərinə də xeyirli və xoşbəxt gələcək vəd etmir. Bu Fransa gürcüsü demək həm də ölkəsi ilə ən böyük sərhədi olan qonşuları barədə düşüncəsini nə qədər gizlətməyə çalışsa da, "infüserlik" fəaliyyəti göstərərək şüuraltı yaddaşındakı türk düşmənçiliyini büruzə verməli olub.

1990-cı illərin ağır sosial-iqtisadi böhran dövrlərində də, 2008-ci ilin avqust ayında Rusiyanın işğalına altına düşəndə də Gürcüstana davamlı və həlledici yardımı böyük risklərə baxmayaraq, Azərbaycan göstərib. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycan faktiki olaraq Gürcüstanın enerji təhlükəsizliyinin qarantıdır. Gürcüstan eyni zamanda tranzit ölkə kimi Azərbaycanın enerji daşıyıcılarının daşınmasından yüz milyonlarla vəsait əldə edir. 90-cı illərdə Gürcüstan ağır iqtisadi böhran keçirdiyi vaxtlarda vətəndaşların zəruri ərzaq məhsulları ilə təminatında Türkiyə də mühüm rol oynayıb. Türkiyənin çay tarlalarında, fındıq bağlarında hər il on minlərlə gürcü çalışaraq ölkəsinə pul göndərir, yaşayışını təmin edir.

Bütün bunların qarşılığında Gürcüstanın göstərdiyi münasibət, davranış isə "türkofobiya"dan uzağa getmir...

Əslində, hər iki qonşumuzun rəhbərləri unutmamalıdırlar ki, ən güclü "əsəri" Azərbaycan qardaş Türkiyə ilə birlikdə cəmi bir neçə ay öncə Qarabağda çəkib. Əgər bu zəfər kimlərinsə ürəyinə dağ çəkibsə, günahı bizdə yox, özlərində axtarsınlar...

Tarix
2021.04.17 / 13:54
Müəllif
Elməddin Behbud
Digər xəbərlər

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla