Yuxarı

Ərdoğan: "Putinlə Qarabağı da müzakirə etdik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə enerji, Suriya, Ukrayna və Krım məsələsini müzakirə etdik.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycana səfərdən ölkəsinə dönərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, danışıqların Rusiya-Türkiyə münasibətlərinə kökləndiyini bildirib:

"Əsasən Ankara-Moskva əlaqələri üzərində dayandıq. Düşünürəm ki, enerji məsələsi ətrafındakı aparılan danışıqlar bundan sonra Türkiyənin sıxıntılarını ciddi şəkildə aradan qaldıracaq. Putinlə müzakirələr zamanı sərbəst ticarət məsələsinə də toxunduq. Krım tatarları ilə bağlı narahatlığımızı bildirdik və 1915-ci il hadisələrinin üzərində bir daha dayandıq. Dağlıq Qarabağ məsələsi ilə bağlı əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Suriya məsələsininin ayrıca müzakirəsi oldu. Vaxtı təyin etdik və lazımi təlimatları da verdik. Xarici işlər nazirlərimiz bu məsələni diqqətdə saxlayacaqlar".

Ərdoğan Bakıya səfəri ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycana ziyarətimizin məlum səbəbi I Avropa Oyunları idi. Çox gözəl və mükəmməl bir tədbirə şahidlik etdik. Ancaq AB ölkələrindən baş nazir və prezident statusunda qatılan Bolqarıstan və Ruminya xaric digərləri yox idi. Bunu cənab Əliyev də təsdiqlədi. Ancaq tədbir bütövlükdə möhtəşəm idi".

Tarix
2015.06.14 / 19:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla