Yuxarı

Poroşenko Bakıya niyə gəlmədi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenko Bakıya niyə gəlmədi – Şərh

Poroşenko Bakıya bir neçə saatlığına gəlib Avropa Oyunlarının açılışında iştirak etsəydi, bu, Ukraynanın Azərbaycanla əməkdaşlığına impuls verərdi.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, Çanaqqala tədbirindən sonra Bakıya, Oyunlara gəlməməklə Ukrayna prezidenti ikinci səhvə yol vermiş oldu

"Ukraynada vəziyyət ağırdır və Prezident Pyotr Poroşenko daima iş başında olmalıdır. Ancaq o, Bakıya bir neçə saatlığına gəlib Avropa Oyunlarının açılışında iştirak etsəydi, bu, Ukraynanın Azərbaycanla əməkdaşlığına impuls verərdi. Azərbaycanlı tamaşaçılar xarici ölkələrdən Türkiyədən sonra ən çox Ukrayna idmançılarını alqışladılar. Məncə, həmin anda stadionda olan Putinə Ukrayna böhranında Azərbaycan cəmiyyətinin kimin tərəfində olmasına dair aydın mesaj aldı. Bu anda Poroşenkonun ayağa qalxaraq idmançılarını alqışlaması daha böyük effekt verərdi".

Onun sözlərinə görə, Kiyev bəzi istiqmətlərdə gecikdikcə, Moskva bundan istifadə edərək boşluğu məharətlə doldurur

"Poroşenko bundan əvvəl də daha bir səhvə yol vermişdi. Belə ki, Ərdoğan Poroşenkonu aprelin 24-də Çanaqqala zəfərinin 100 illiyinə dəvət etsə də, o tədbirə də getmədi. Halbuki Poroşenko Çanaqqalada olsaydı, Türkiyə siyasi dairələrinin və cəmiyyətinin daha çox dəstəyini qazanardı. Çünki həmin anda Rusiya prezidenti İrəvanda "erməni soyqrımının" 100 illiyinə qatılmışdı. Bu isə Türkiyəni qəzəbləndirmişdi. Putin İrəvanda olarkən Poroşenko Çanaqqalada olsaydı, Ukrayna-Türkiyə əlaqələrinə ciddi impuls vermiş olardı. Poroşenko bu imkanı da əldən qaçırdı. Kiyev Qərbdən möhkəm yapışıb, ancaq başqa istiqamətlər də var ki, onları hərəkətə gətirmir. Kiyev gecikdikcə Moskva boşluğu məharətlə doldurur".

Tarix
2015.06.15 / 10:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla