Yuxarı

Onlara heç nə demirlər, lakin Bakı... - Yıldız

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ məsələsində Türkiyəyə qarşı çox hirslidirlər. Dinlənilməli, çətinlikləri olan, problemlər yaradan qarşı tərəf - Ermənistandır. Ondan heç nə soruşmurlar, onlara heç nə demirlər. Lakin Azərbaycan və Türkiyə nümayəndə heyətləri bu münasibətə qarşı çıxırlar. Fəaliyyətimizi davam etdirir və onlara qarşı birlikdə mübarizə aparırıq. Türkiyənin terrora qarşı apardığı mübarizəni Avropa anlamır, anlamaq da istəmir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Əhməd Yıldız söyləyib.

“Türkiyə və Azərbaycanla bağlı sessiya çərçivəsindəki müzakirələrə mövzular saldılar, etiraz etdik. Amma bizi anlamırlar, anlamaq da istəmirlər. Etirazlarımıza diqqət etmirlər. Bəzən nəyi isə haqlı vurğulasalar da, daha çox adətən haqsız söyləyirlər. Türkiyə Avropa İttifaqına qəbul edilməsi istiqamətində daim monitorinq altındadır. Ancaq bu monitorinqlərin dayandırılması lazımdır. Ölkəmizdə insan haqlarına dair aparılan işlərlə bağlı daim məlumatlar veririk, lakin bunun bir faydası yoxdur. Burada bütün məsələlərə xarici siyasət prizmasından baxılır. Türkiyəni PKK ilə bağlı, indi isə daha çox Ermənistanla bağlı çək-çevirə salırlar, ancaq mübarizəmizi aparırıq. Bəzən bizi qabaqcadan, anlamadan günahlandırırlar”, - Ə.Yıldız bildirib.

Türkiyəli diplomat qeyd edib ki, Avropa Şurasında Türkiyə ilə Azərbaycanın nümayəndə heyətləri arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq çərçivəsində birgə mübarizə bundan sonra da davam etdiriləcək.

Tarix
2021.04.23 / 00:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla