Yuxarı

“Yeni klinika”da rüşvətdən Bayramlının xəbəri olub? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:18

Ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-in Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbsi ciddi müzakirələrlə müşayiət olunur.

Axar.az xəbər verir ki, koronovirus xəstələri üçün ayrılan sözügedən xəstəxanalardakı vəziyyət, orda xəstələrin müalicəyə qəbul edilərkən yüksək məbləğdə rüşvət tələb edilməsindən TƏBİB-in məlumatsız olması qəribə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri “TƏBİB məlumatsızdırsa, demək, Ramin Bayramlı yerində deyil, məlumatlı idisə və tədbir görmürdüsə, demək, korrupsiyada əli olub və yaxud vəzifəsinə laqeyd yanaşıb” məntiqindən çıxış edirlər.

“Azpolitika.az” saytı isə “Yeni klinika”nın direktoru ilə Ramin Bayramlının dostluq münasibəti olduğunu, hətta birincinin o vəzifəyə gətirilməsində TƏBİB sədrinin rol oynadığını iddia edib.

Bu iddianı gücləndirən məsələ isə Ramin Bayramlının 1979-cu il, Pərviz Abbasovun və İmran Ağayevin isə 1981-ci il təvəllüdlü olmaları, təxminən eyni dövrdə Tibb Universitetində təhsil almaları göstərilir.

Yayılan iddialarla bağlı TƏBİB-dən saytımıza verilən açıqlamada bildirilib:

“İstintaqı aparan və əməliyyatı keçirən Baş Prokurorluqdur. Bu mövzuda bizim deyəcəyimiz heç nə yoxdur”.

Tarix
2021.04.23 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla