Yuxarı

Şahidovun statusu erməniləri dəli edib: Təsəlli başladı... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:53

Özünü Qarabağdakı erməni separatçıların “xarici işlər naziri” adlandıran David Babayan Xankəndinin Azərbaycanın nəzarətinə keçəcəyinə dair azərbaycanlı bloger Əhməd Şahidovun yaydığı məlumatdan sonra ermənilərə təsəlli verməyə başlayıb.

Axar.az xəbər verir ki, “Tert.am”a açıqlama verən Babayan Rusiya sülhməramlılarının Qarabağda olduğu, Rusiyanın stabil qaldığı müddətdə Qarabağ məsələsinin hərbi yolla həllinin mümkün olmayacağını deyib.

Babayanın iddiasına görə, Qarabağda hərbi əməliyyat Rusiyaya qarşı aqressiya deməkdir.

“İravunk” qəzeti isə Şahidovun statusundan sonra Rusiya sülhməramlılarının İrəvan-Xankəndi yoluna nəzarəti gücləndirdiklərini bildirib. Qəzet sülhməramlıların bunu hansı məqsədlə etdiklərinə aydınlıq gətirməyib.

Qeyd edək ki, bir neçə gün öncə ictimai fəal Əhməd Şahidov iyunda Xankəndinin Azərbaycanın tam nəzarətinə keçəcəyini bildirib. Bu status Ermənistan mediasında və sosial şəbəkələrində əməlli-başlı panika yaradıb.

Tarix
2021.05.05 / 14:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla