Yuxarı

Avropanın Bakıya “təzyiqinin” səbəbi: Nikola dəstək üçün...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti onsuz da 44 günlük müharibə zamanı obyektiv mövqe sərgiləmədi. İndiki halda Aİ-nin 121 üzvünün Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək, Azərbaycandan “erməni əsirlər”in qaytarılmasını tələb etməyə çağırması növbəti dəfə bu qurumun tərəfli mövqeyinin sübutudur. Aydın məsələdir ki, Avropa Parlamenti bu istəklə Paşinyana açıqca dəstək verir.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, indiki halda nə Avropa Parlamenti, nə də başqa bir qurum “erməni əsirlər”in qaytarılması ilə bağlı rəsmi Bakıya təzyiq edə bilər:

“Məsələ ondadır ki, belə bir tələbin hüquqi əsası yoxdur. Bunu Avropa Parlamenti də yaxşı bilir. Çünki bu gün Azərbaycanda olan erməni hərbçilər 10 noyabr bəyanatından sonra ələ keçirilən diversantlardır. Bu şəxslər heç bir halda hərbi əsir sayıla bilməz.

Maraqlıdır ki, bu gün Azərbaycandan “erməni əsirlər”in qaytarılmasını tələb edən Avropa İttifaqı Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə susmaqla kifayətlənmişdi.

Aydın məsələdir ki, 44 günlük müharibə zamanı Avropa İttifaqı bizim yanımızda olmadı. Yanımızda olmamaları bir yana, ittifaqa üzv ölkələrdən bəziləri parlament səviyyəsində Azərbaycana qarşı qərəzli qərarlar verdi.

Bu gün Avropa ölkələri Paşinyanın Ermənistanda hakimiyyətdə qalmasını istəyir. Avropa Parlamentinin Azərbaycana belə bir tələb etməsi məhz Paşinyanın istəyi əsasında baş verib. Paşinyan anlayır ki, Azərbaycandan “erməni əsirləri” qaytara bilsə, parlament seçkiləri öncəsi şanslarını xeyli artıra biləcək. “Erməni əsirlər”in qaytarılmaması isə Paşinyanın seçkilərdə məğlubiyyətinə, əvəzində isə ruspərəst qüvvələrin hakimiyyətə gəlməsinə səbəb ola bilər. Avropa Parlamentinin bu qərarının səbəbi budur”.

Tarix
2021.05.05 / 17:07
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla