Yuxarı

Bakı ilə sərhəd məsələsini tez həll etmək istəyirik - Zalkaliani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və Azərbaycanın sərhəd məsələsini strateji tərəfdaşlıq və hər iki ölkənin maraqlarına uyğun olaraq mümkün qədər tez həll etmək istəyi var.

Axar.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən görüşlərdə məsələnin tez bir zamanda həllinə hazırlıq ifadə olunub və tərəflər bu istiqamətdə konkret addımlar atmaqla bağlı razılığa gəliblər.

D.Zalkaliani pandemiyanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın fəaliyyətinə mane olduğunu bildirib: “Lakin biz komissiyanın işini mümkün qədər tez bərpa etməyə hazırıq”.

XİN başçısı Azərbaycana səfər çərçivəsində müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin də nəzərdən keçirildiyini deyib:

“Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. Bu il Gürcüstan GUAM-a sədrlik edir və bu təşkilat çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli kontekstdə mühüm layihələr var”.

D.Zalkaliani Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfərini faydalı və məhsuldar kimi qiymətləndirib:

“Müzakirə olunan məsələlər və danışıqlar prosesi deməyə əsas verir ki, bizim əməkdaşlığımız daha da dərinləşdiriləcək və strateji tərəfdaşlıq münasibətlərimiz yeni təkan əldə edəcək”.

Tarix
2021.05.05 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla