Yuxarı

Lavrovun Zəngəzur dəhlizi ilə bağlı açıqlaması... – Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Lavrovun bölgəyə səfərindən gözləntilərinizi bilmək istərdik.

- Lavrov Rusiyanın xarici siyasətinin müəyyənləşdirilməsi prosesində iştirak etsə də, Rusiyanın xarici siyasətini Putin müəyyənləşdirir. Onun isə Qarabağ məsələsinə və atəşkəs haqqında Bəyanatın icrasına münasibəti bəllidir. Lavrov nazir vəzifəsinə siyasətdən gəlməyib, peşəkar diplomatdır. Prezidentin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi və qarşıya qoyulan tapşırıqlarının icrası ilə məşğuldur. Bəzən onun milli mənsubiyyəti önə çəkilərək proseslərdəki rolu olduğundan artıq qabardılır. Qarabağa Rusiya sülhməramlıları yerləşdiriləndən sonra Rusiyanı daha çox Qərblə münasibətlərdə Cənubi Qafqaz mövzusundan maksimum necə faydalanmaq düşündürür. Lavrovun da səfəri daha çox buna hesablanıb. Ona görə də Rusiyanın Minsk qrupunun digər həmsədləri ilə birgə verdiyi açıqlamalara, Lavrovun İrəvandakı Zəngəzur dəhlizi ilə bağlı bəyanatına xüsusi həssaslıqla yanaşmaq lazım deyil. Ermənistan atəşkəs haqqında Bəyanatın bütün müddəalarını icra edəcəkdir. Xüsusilə dəhlizlərlə bağlı öhdəliklərini. Həm də ona görə ki, Zəngəzur dəhlizi bizdən çox, Rusiyaya, İrana və Ermənistana lazımdır. Bizi Türkiyə ilə birləşdirən Bakı-Tiflis-Qars dəmiryol xətti var. Sadəcə Paşinyan bilir ki, Qərb Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında maraqlı deyil, ona görə prosesləri müxtəlif bəhanələrlə yubatmağa çalışır. Amma bir daha söyləyirəm, Ermənistandakı seçkilərdən sonra çox şey dəyişəcək.

- Qüdrət bəy, yay gəlir, qaçqınlar işğaldan azad olunmuş yurdlarına bu il qayıda biləcəklərmi?

- Fizuli və Ağdam rayonları ciddi şəkildə minalanıb, ona görə həmin rayonların minalardan təmizlənməsi başa çatmayana qədər qaçqınların həmin rayonlara qayıtması onlara həyatları hesabına başa gələ bilər. Amma digər rayonların sakinlərinə belə bir imkan yaradılmalıdır. Yaşlı insanlar var ki, hər an bu dünya ilə vidalaşa bilərlər. Onlara öz doğma ocaqlarına qayıtmaq imkanını yaratmaq lazımdır. Şərait yaradılmalıdır ki, kimin imkanı varsa, bu yay gedib ata evini bərpa etsin. İmkanı olmayanlara da dövlət kömək etməlidir.

- Bəs "ağıllı kənd"lər necə olsun?

- Mən Zəngilan rayonunun Ağalı kəndinin necə bərpa olacağına dair video-çarxa baxdım. Kənddən daha çox böyük şəhərlərin ətrafında zəngin insanların yaşadığı məhəllələrə oxaşayır. Bir neçə belə qəsəbə yaratmaq olar. Amma dağ kəndlərində bunu etmək mümkün deyil. Kəndlərdə insanlar mal-qara, toyuq-cücə saxlayır, həyətlərində meyvə-tərəvəz yetişdirirlər. Bunun üçün onların tövləsi, hinləri, həyatyanı torpaq sahələri olmalıdır. Ağıllı kəndlərdəki insanları işlə təmin etmək xeyli çətin olacaq. Həm də kənd camaatı istəyir, öz yetişdirdiyi məhsullardan istifadə etsin. Az sayda kəndləri birləşdirmək olar. Amma bu geniş xarakter alsa, kəndlər ətrafındakı örüş sahələri istifadəsiz qalacaq. Çünki heyvanlar kənddən 5 km-dən artıq aralana bilməz. Bu dağ rayonlarında heyvandarlığın inkişafına ciddi zərbə olacaq. Kəlbəcər azad olunanda ermənilər bəyan etdilər ki, ordan 90 min mal-heyvan çıxardılar. Bərpa işlərinə kənddə yaşamış və kənd həyatını bilən insanlar da cəlb olunmalıdır.

Tarix
2021.05.07 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla