Yuxarı

Qarabağdan qayıdan dostu Minasyana nələr yazdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikayıl Minasyan Qarabağdan qayıdan dostunun ona yazdığı məktubu özünün Feysbuk səhifəsində yerləşdirib.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, məktubda Minasyanın dostu təəssüratının çox ağır olduğunu və əgər gördüklərini qısaca ümumiləşdirsə, Qarabağın ermənilər üçün birdəfəlik itirildiyini deyə biləcəyini yazıb.

Minasyan bildirir ki, həmin dostu Qarabağda müharibədə döyüşmüş tanışına baş çəkmək üçün getmişdi.

“Mən ona vərdiş etmişdim ki, orada sadə adamlar hələ müharibədən əvvəl də Rusiyaya dua edirdilər, indi isə mən ora gedəndə düşünürdüm ki, onlara ümidverici nəsə deyim, amma mənə elə gəlir ki, müharibəni uduzduğumuzu desəm, bununla necə də olsa, şirin tüpürcək tüpürmüş olaram, hesab elə ki, ora artıq Rusiyadır”, - Mikayılın dostu yazır.

Daha sonra həmin adam bildirir ki, Qarabağda (yəni Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində) tam ümidsizlik və acizlik hökm sürür. Laçın dəhlizi ilə hərəkət edəndə ona ancaq postlarda maşını saxlamaq, maşından düşməmək tapşırılıb. Şuşanın yaxınlığında isə ermənilər Azərbaycan Ordusunun postunun yanından ötüb keçirlər.

Müharibədə darmadağın edilən qondarma “dqr müdafiə ordusu”undakı vəziyyət də acınacaqlıdır.

“Mənim əsgər yoldaşım ordudan tərxis olunduqdan sonra 3 illik müqavilə ilə yenidən orduya yazılıb. Çünki başqa iş yoxdur. Əsgər yoldaşlarım deyirlər ki, hərbi xidmət faktiki olaraq yoxdur, hamı vaxt öldürür, döyüş vəzifələri daha yoxdur. Zabitləri məktəblilər kimi gündə bir neçə dəfə sıraya düzüb yoxlayırlar ki, görsünlər hamı yerindədir, yoxsa öz işlərinin dalınca gediblər. Müharibədə əldə saxladıqları postları bir güllə də atılmadan təhvil veriblər, indi yeni postlar qururlar, amma tənbəlcəsinə, nömrə gəlməklə”, - Qarabağdan qayıdan erməni yazır.

Həmin şəxs bildirir ki, Xankəndidən Ermənistana gediş-gəliş də kəskin azalıb, yolda ara-sıra maşınlar görünür. Ağdərənin Vəng kəndindəki oteldə isə məktub müəllifindən başqa heç kim olmayıb. Restoranlarda menyü təqdim etmirlər, adətən ərzağı ancaq müştəri gələndən və sifariş götürəndən sonra alıb gətirirlər.

“Qısaca desəm, təəssürat belədir ki, Qarabağ bizim üçün birdəfəlik itirilib”, - Minasyanın dostu ona yazır.

Tarix
2021.05.07 / 23:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla