Yuxarı

Azad Şuşada cəmi 4 gün sonra başlayır... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz Şuşa 29 ildən sonra 8 mayı azad qarşılayır. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən isə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Mədəniyyət paytaxtımız Azərbaycan üçün eyni zamanda geosiyasi və geoiqtisadi baxımdan vacib şəhərdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub:

"Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Ötən əsrin əvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə də xüsusi iqtisadi potensial malik olduğunu göstərir. 20.9 min hektar yararlı torpağı olan Şuşada heyvandarlıq daha çox inkişaf edib.

1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə Şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi.

Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxınmdan xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığnda yerləşir. Turşsu müalicəvi vannaları ilə də məşhur idi. Füsunkar gözəlliyi ilə seçilən Cidir düzündə 1992-ci ilədək hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.

Növbəti festival isə cəmi 4 gün sonra yenidən keçiriləcək. Şuşaya həyat və gülüş yenidən qayıdır".

Tarix
2021.05.08 / 11:40
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla