Yuxarı

Ordumuz 3 km irəliləyib, Qaragölü nəzarətə aldı – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun İşxanasar ərazisindən Qaragölə doğru 3 km irəliləməsinin detalları açıqlanıb.

Axar.az xəbər verir ki, bununla bağlı Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru, hazırda Dirçələn Ermənistan Partiyasının sədri Vaqe Akopyan erməni mediasına danışıb.

“Gecə 200-dən çox tam silahlanmış Azərbaycan əsgəri Kəlbəcər istiqamətindən yuxarı qalxaraq, Gorus tərəfdən Qaragölə gedən yolu kəsiblər. Mənim məlumatıma görə, bizim ordakı məntəqəmizi də mühasirəyə alıblar.

Səhər oyanıblar ki, dörd tərəfdə Azərbaycan əsgəridir. Onlar GPS üzrə hərəkət etdiklərini bildiriblər. Hazırda sözügedən əraziyə Rusiya sərhədçiləri (Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur – red.) gedib. Döyüş, atəş açılması barədə xəbərlər təsdiqlənmir, çox böyük ehtimalla, atışma-filan olmayıb. Hələlik vəziyyət belədir”, - Akopyan deyib.

“Orda məntəqə doğrudanmı mühasirədədir” sualına isə Akopyan dəqiq cavab verə bilməyəcəyini bildirib:

“Hazırda orda ruslardır, danışıqlar gedir. Ora həmçinin vilayət rəhbərliyi də gedib”.

Akopyanın sözlərinə görə, Qaragölün 30 faizi Azərbaycanındır:

“Ancaq indi bütün göl onların nəzarətinə keçib”.

Akopyan Gorusun su ehtiyatını əsasən Qaragöldən götürdüyünü, gölün Azərbaycanın nəzarətinə keçəcəyi halda ciddi su qıtlığı yaranacağını da bildirib.

Qeyd edək ki, Qarabağın işğalda saxlanıldığı müddətdə Ermənistan tərəfdən dövlət sərhədimiz pozularaq, bir çox istiqamətlərdə hətta 15 km-yə qədər müdaxilə edilib. Hazırda sərhədin dəqiqləşməsi gedir və Azərbaycan dəqiq xəritələrlə sərhədimizi bərpa etdikdə isə ermənilər “etiraza” qalxıb, yağmaladıqları torpaqların heç olmasa bir hissəsini hay-küy salmaqla saxlamağa nail olmağa çalışırlar.

Tarix
2021.05.12 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla